SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bayramov sülh sazişindən danışdı: ilin sonuna qədər razılığa gəlmək mümkündür

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian FederationXİN rəhbəri Ceyhun Bayramov
XİN rəhbəri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
XİN rəhbəri sülh danışıqlarında müəyyən irəliləyişlərin əldə edildiyini və rəsmi Bakının sənədi imzalamağa çalışdığını vurğulayıb.
BAKI, 23 iyun — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ildə Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasının mümkünlüyünü açıqlayıb.

"Əgər İrəvan öz iradəsini nümayiş etdirib bəyanatlar verməklə yanaşı, həm də bəzi əməli addımlar atsa, hesab edirəm ki, hətta ilin sonuna qədər razılığa gəlmək potensial olaraq mümkündür", - Bayramov Reuters agentliyinə müsahibəsində bildirib.

XİN rəhbəri sülh danışıqlarında müəyyən irəliləyişlərin əldə edildiyini və rəsmi Bakının sənədi imzalamağa çalışdığını vurğulayıb.

"Niyə Ermənistanın baş nazirinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü faktiki olaraq tanıdığını deməsi iki il yarım (müharibə bitəndən sonra– red.) çəkdi?", - deyə nazir sual verib.

O, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması probleminin həll olunmadığını qeyd edib.
Qeyd edək ki, gələn həftə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar aparılacaq.
Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında müzakirələrin növbəti raundu iyunun 12-də Vaşinqtonda keçirilməli idi, lakin rəsmi Bakının xahişi ilə görüş təxirə salınmışdı. Vaşinqtonda nazirlərin əvvəlki danışıqları 4 gün (1-4 may) davam edib.
XİN rəhbərləri ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0