https://sputnik.az/20230623/azerbaycanda-inflyasiyanin-mdb-olkelerinden-yuksek-olmasinin-sebebi-aciqlanib-456195279.html
Azərbaycanda inflyasiyanın MDB ölkələrindən yüksək olmasının səbəbi açıqlanıb
Azərbaycanda inflyasiyanın MDB ölkələrindən yüksək olmasının səbəbi açıqlanıb
Sputnik Azərbaycan
Mərkəzi Bankın sədri bildirib ki, ölkəmizin makroiqtisadi sabitliyinin təmin edilməsi üçün hansı siyasət tələb olunacaqsa, biz onu edəcəyik. Bu gün tələb sabit... 23.06.2023, Sputnik Azərbaycan
2023-06-23T16:09+0400
2023-06-23T16:09+0400
2023-06-23T16:09+0400
inflyasiya
iqtisadiyyat
mərkəzi bank
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_0:102:2000:1227_1920x0_80_0_0_5b2394a43c94e1d49e5dc8994fc4a2f9.jpg
BAKI, 23 iyun — Sputnik. "MDB ölkələrində inflyasiya Azərbaycandan daha aşağıdır". Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. O bildirib ki, MDB ölkələrində sərbəst üzən məzənnə rejimi var:"Sabit məzənnə rejimi inflyasiyaya azaldıcı təsir edir" T.Kazımov bildirib ki, sabit məzənnə rejimi inflyasiyaya azaldıcı təsir edir. Mərkəzi Bankın əsas siyasəti qiymətlərin sabitliyi, makroiqtisadi sabitliklə bağlıdır:“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib ki, ötən ilin mart ayında Azərbaycanda 3,2% inflyasiya olub. MDB üzrə inflyasiya göstəricisi 2% olub. Bizdə inflyasiyanın artım tempi MDB-dən yüksəkdir. Qeyd edək ki, Azərbaycanda 2018-ci ilin martın 7-dən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bu il üzrə inflyasiya proqnozunu yenidən sabit saxlayıb. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8,3% olacağı proqnozu dəyişməz qalır. Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-may aylarına nisbətən 113,1% təşkil edib. Halbuki, yanvar-aprel aylarının yekununda illik inflyasiya 13,5% olmuşdu.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268563_114:0:1887:1330_1920x0_80_0_0_9ac6f450a381a7b7e32c2a4fe5eb6845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
inflyasiya, mərkəzi bank
Azərbaycanda inflyasiyanın MDB ölkələrindən yüksək olmasının səbəbi açıqlanıb
Mərkəzi Bankın sədri bildirib ki, ölkəmizin makroiqtisadi sabitliyinin təmin edilməsi üçün hansı siyasət tələb olunacaqsa, biz onu edəcəyik. Bu gün tələb sabit məzənnə rejimidir.
BAKI, 23 iyun — Sputnik. "MDB ölkələrində inflyasiya Azərbaycandan daha aşağıdır". Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, MDB ölkələrində sərbəst üzən məzənnə rejimi var:
"Bu da inflyasiyaya azaldıcı təsir edir. Ölkəmizdə inflyasiya 11,5%-dir, onun 70%-i idxal olunan inflyasiyadır. Çində 0,2% inflyasiya var, bu, əslində yaxşı hal deyil, bu inflyasiya iqtisadi inkişafa yaxşı təsir etmir. Çünki inflyasiya olmalıdır ki, iqtisadi inkişaf dəstəklənsin. Bizim üçün məqbul inflyasiya 4 faizdir".
"Sabit məzənnə rejimi inflyasiyaya azaldıcı təsir edir"
T.Kazımov bildirib ki, sabit məzənnə rejimi inflyasiyaya azaldıcı təsir edir. Mərkəzi Bankın əsas siyasəti qiymətlərin sabitliyi, makroiqtisadi sabitliklə bağlıdır:
“Ölkəmizin makroiqtisadi sabitliyinin təmin edilməsi üçün hansı siyasət tələb olunacaqsa, biz onu edəcəyik. Bu gün tələb sabit məzənnə rejimidir”.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib ki, ötən ilin mart ayında Azərbaycanda 3,2% inflyasiya olub. MDB üzrə inflyasiya göstəricisi 2% olub. Bizdə inflyasiyanın artım tempi MDB-dən yüksəkdir.
Qeyd edək ki, Azərbaycanda 2018-ci ilin martın 7-dən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bu il üzrə inflyasiya proqnozunu yenidən sabit saxlayıb. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8,3% olacağı proqnozu dəyişməz qalır.
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-may aylarına nisbətən 113,1% təşkil edib. Halbuki, yanvar-aprel aylarının yekununda illik inflyasiya 13,5% olmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.