https://sputnik.az/20230623/azerbaycanda-dermanlarin-tenzimlenen-qiymetlerden-baha-satilmasi-qadagan-edilir-456212208.html
Azərbaycanda dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan edilir
Azərbaycanda dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan edilir
Sputnik Azərbaycan
Təklif edilən layihəyə görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq orqan tərəfindən... 23.06.2023, Sputnik Azərbaycan
2023-06-23T17:16+0400
2023-06-23T17:16+0400
2023-06-23T17:16+0400
səhiyyə
dərman
qadağan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427887680_0:115:2001:1240_1920x0_80_0_0_9b9291f33e189040fae1747aa3e61f61.jpg
BAKI, 23 iyun — Sputnik. Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, dərman vasitələrinin ekspertiza xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir. Təklif edilən layihəyə görə, dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək. Başqa sözlə, əgər hazırda dövlət qeydiyyatına alınmış dərman vasitələri tənzimlənmiş vahid qiymətlərlə satıla bilərsə, layihəyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur. Qanunun hazırki 4.7-ci maddəsi belədir:Beləliklə, 4.7-ci maddədə "fərqli" sözü "yuxarı" sözü ilə əvəz edilir və həmin maddədən "(dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla)" sözləri çıxarılır. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. "Dərman vasitələri haqqında" qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Tarif Şurası dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini təyin etsə daha yaxşı olar. O qeyd edib ki, dərmanların qiymətinin baha olmasının səbəbləri istiqamətində aparılan araşdırmalara görə, ölkədə bəzi dərman vasitələrinin qiymətləri həqiqətən də yüksəkdir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427887680_0:0:1777:1333_1920x0_80_0_0_e31b5fb8c915a1fe89442f0cad2aa885.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dərman, qadağan
Azərbaycanda dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan edilir
Təklif edilən layihəyə görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq orqan tərəfindən tənzimlənəcək.
BAKI, 23 iyun — Sputnik. Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, dərman vasitələrinin ekspertiza xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir.
Təklif edilən layihəyə görə, dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənəcək.
Başqa sözlə, əgər hazırda dövlət qeydiyyatına alınmış dərman vasitələri tənzimlənmiş vahid qiymətlərlə satıla bilərsə, layihəyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur.
Qanunun hazırki 4.7-ci maddəsi belədir:
"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır".
Beləliklə, 4.7-ci maddədə "fərqli" sözü "yuxarı" sözü ilə əvəz edilir və həmin maddədən "(dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla)" sözləri çıxarılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
"Dərman vasitələri haqqında" qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Tarif Şurası dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini təyin etsə daha yaxşı olar.
O qeyd edib ki, dərmanların qiymətinin baha olmasının səbəbləri istiqamətində aparılan araşdırmalara görə, ölkədə bəzi dərman vasitələrinin qiymətləri həqiqətən də yüksəkdir.
"Səbəblər arasında isə qeydiyyat prosesinin kifayət qədər çətin olması, ekspertizanın tam şəffaf olmaması, Tarif Şurasının qiyməti birbaşa təyin etməsi və s. məsələlər yer alıb. Hiss olunur ki, adıçəkilən qanuna təklif edilən dəyişikliklər hazırlanarkən bu məsələlər dərindən təhlil olunub. Təklif edirəm ki, qanunda Tarif Şurasının artıq dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini müəyyən etsin. İqtisadiyyatda belə yanaşma var ki, əgər siz hər hansı məhsulun qıtlığına nail olmaq istəyirsinizsə, ona qiymət təyin edin", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.