CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə cərimələr kəskin artırılır

© Pexels Francesco UngaroYol
Yol - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
BAKI, 23 iyun — Sputnik. Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr kəskin artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Dəyişikliyə əsasən, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə olunacaq.
Məcəllənin mövcud variantında isə deyilir ki, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.
Xatırladaq ki, avtomobil yollarının saxlanılması - yolun müvafiq layihəyə uyğun olaraq istifadəçilərin tələblərinə cavab verməsini təmin etmək məqsədilə bütün il boyu yola və yol qurğularına xidmət göstərilməsi, onların müayinəsi, yoxlanması və mühafizəsi tədbirlərinin məcmusudur.
Avtomobil yollarının qorunması avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən həyata keçirilir. Avtomobil yollarının qorunmasını həyata keçirən subyektlər yol əmlakının qorunmasını onların korlanmasına səbəb ola biləcək mümkün halların qarşısını almaqla yerinə yetirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0