https://sputnik.az/20230622/serbiya-hakimiyyeti-yalniz-kollektiv-qerble-danisir---vucic-456142276.html
Serbiya hakimiyyəti yalnız kollektiv Qərblə danışır - Vuçiç
Serbiya hakimiyyəti yalnız kollektiv Qərblə danışır - Vuçiç
Sputnik Azərbaycan
Aİ diplomatiyasının rəhbəri yenidən rəsmi Belqrad və Priştinanın liderlərini əyalətdə vəziyyətin gərginləşməsi ilə bağlı təcili görüşə çağırıb. 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T19:40+0400
2023-06-22T19:40+0400
2023-06-22T19:40+0400
aleksandr vuçiç
dünya xəbərləri
kosovo
ai
serbiya
serbiya respublikasının prezidenti aleksandr vuçiç
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440777062_0:0:3071:1728_1920x0_80_0_0_1af49274df2dcf0469eec3eab68d0e2e.jpg
BAKI, 22 iyun — Sputnik. Kosovo və Metohiya məsələsində Serbiya hakimiyyəti yalnız kollektiv Qərblə danışır, rəsmi Belqrad böyük xarici təzyiq altındadır. Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib. Vuçiç Aİ diplomatiyasının rəhbəri Cozep Borrell ilə Brüsseldə görüşə gedəcəyini, lakin "Kosovo" respublikasının "baş naziri" Albin Kurti ilə görüşməyəcəyini bildirib. Kurti çərşənbə günü Serbiya rəhbərliyi ilə görüşmək üçün Brüsselə gedəcəyini bildirib. Aİ diplomatiyasının rəhbəri yenidən rəsmi Belqrad və Priştinanın liderlərini əyalətdə vəziyyətin gərginləşməsi ilə bağlı təcili görüşə çağırıb. "Bütün bunlarda biz təkik, öz güclü tərəflərimizi dərk etməliyik. Kimsə ən çətin şəraitdə vətəndaşların adından ağır işi görməlidir. İnsanlardan xahiş edirəm ki, ölkənin çətin vəziyyətdə olduğunu başa düşsünlər. Biz bu vəziyyətdəyik. Ən şiddətli təzyiq altındayıq. Biz Kosovo və Metohiya məsələsindən yalnız kollektiv Qərblə danışırıq", - Vuçiç Serbiya Radio və Televiziyasının efirində deyib. "Qərb düşünür ki, serblərə qarşı terror davam etdirilə bilər", - Serbiya lideri vurğulayıb. Bundan əvvəl Borrell Serbiya və Kosovo liderlərini iyunun 22-də Brüsseldə danışıqların yeni raundunu keçirməyə çağırıb. Kurti cavab verdi ki, təklifi nəzərə alacaq. Prezident Vuçiç daha sonra Priştina hakimiyyəti həbs edilmiş bütün serbləri azad edənə qədər özünü elan etmiş "Kosovo" respublikasının "baş naziri" ilə danışmaqdan imtina edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440777062_340:0:3071:2048_1920x0_80_0_0_f13b3e660ef23bfa7b7b7ab9c3a155aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aleksandr vuçiç, kosovo, ai, serbiya, serbiya respublikasının prezidenti aleksandr vuçiç
aleksandr vuçiç, kosovo, ai, serbiya, serbiya respublikasının prezidenti aleksandr vuçiç
Serbiya hakimiyyəti yalnız kollektiv Qərblə danışır - Vuçiç
Aİ diplomatiyasının rəhbəri yenidən rəsmi Belqrad və Priştinanın liderlərini əyalətdə vəziyyətin gərginləşməsi ilə bağlı təcili görüşə çağırıb.
BAKI, 22 iyun — Sputnik. Kosovo və Metohiya məsələsində Serbiya hakimiyyəti yalnız kollektiv Qərblə danışır, rəsmi Belqrad böyük xarici təzyiq altındadır. Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
Vuçiç Aİ diplomatiyasının rəhbəri Cozep Borrell ilə Brüsseldə görüşə gedəcəyini, lakin "Kosovo" respublikasının "baş naziri" Albin Kurti ilə görüşməyəcəyini bildirib.
Kurti çərşənbə günü Serbiya rəhbərliyi ilə görüşmək üçün Brüsselə gedəcəyini bildirib. Aİ diplomatiyasının rəhbəri yenidən rəsmi Belqrad və Priştinanın liderlərini əyalətdə vəziyyətin gərginləşməsi ilə bağlı təcili görüşə çağırıb.
"Bütün bunlarda biz təkik, öz güclü tərəflərimizi dərk etməliyik. Kimsə ən çətin şəraitdə vətəndaşların adından ağır işi görməlidir. İnsanlardan xahiş edirəm ki, ölkənin çətin vəziyyətdə olduğunu başa düşsünlər. Biz bu vəziyyətdəyik. Ən şiddətli təzyiq altındayıq. Biz Kosovo və Metohiya məsələsindən yalnız kollektiv Qərblə danışırıq", - Vuçiç Serbiya Radio və Televiziyasının efirində deyib.
"Qərb düşünür ki, serblərə qarşı terror davam etdirilə bilər", - Serbiya lideri vurğulayıb.
Bundan əvvəl Borrell Serbiya və Kosovo liderlərini iyunun 22-də Brüsseldə danışıqların yeni raundunu keçirməyə çağırıb. Kurti cavab verdi ki, təklifi nəzərə alacaq. Prezident Vuçiç daha sonra Priştina hakimiyyəti həbs edilmiş bütün serbləri azad edənə qədər özünü elan etmiş "Kosovo" respublikasının "baş naziri" ilə danışmaqdan imtina edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.