Ruh və bədənin harmoniyası: Bakıda açıq yoqa dərsindən möhtəşəm görüntülər
Ruh və bədənin harmoniyası: Bakıda açıq yoqa dərsindən möhtəşəm görüntülər
Sputnik Azərbaycan
Beynəlxalq Yoqa Gününə təsadüf edən aksiyada paytaxtın müxtəlif yoqa məktəblərinin nümayəndələri, meditasiya həvəskarları və daun sindromlu uşaqlar iştirak... 22.06.2023, Sputnik Azərbaycan
Dənizkənarı Parkda keçirilən aksiya Beynəlxalq Yoqa Gününə həsr olunub. Tədbirdə paytaxtın müxtəlif yoqa məktəblərinin nümayəndələri, meditasiya həvəskarları və Daun sindromlu uşaqlar iştirak ediblər. Bakının Dənizkənarı Milli Parkında kütləvi yoqa seansı keçirilib. Tədbir Hindistanın Azərbaycandakı səfirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə təşkil olunub. Beynəlxalq Yoqa Gününə təsadüf edən aksiyada paytaxtın müxtəlif yoqa məktəblərinin nümayəndələri, meditasiya həvəskarları və daun sindromlu uşaqlar iştirak ediblər. Təlimin məqsədi sağlam həyat tərzini və aktiv istirahət mədəniyyətini təbliğ etmək, hər kəsə yoqanın müxtəlif sahələri ilə tanış olmaq, bilik və təcrübə mübadiləsi aparmaq imkanını yaratmaqdır. 2014-cü ildə BMT Baş Assambleyası yekdilliklə Hindistanın təşəbbüsü və 117 ölkənin dəstəklədiyi qətnamə ilə 2015-ci ildən başlayaraq 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib.
Beynəlxalq Yoqa Gününə təsadüf edən aksiyada paytaxtın müxtəlif yoqa məktəblərinin nümayəndələri, meditasiya həvəskarları və daun sindromlu uşaqlar iştirak ediblər.
Dənizkənarı Parkda keçirilən aksiya Beynəlxalq Yoqa Gününə həsr olunub. Tədbirdə paytaxtın müxtəlif yoqa məktəblərinin nümayəndələri, meditasiya həvəskarları və Daun sindromlu uşaqlar iştirak ediblər.
Bakının Dənizkənarı Milli Parkında kütləvi yoqa seansı keçirilib. Tədbir Hindistanın Azərbaycandakı səfirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə təşkil olunub.
Beynəlxalq Yoqa Gününə təsadüf edən aksiyada paytaxtın müxtəlif yoqa məktəblərinin nümayəndələri, meditasiya həvəskarları və daun sindromlu uşaqlar iştirak ediblər. Təlimin məqsədi sağlam həyat tərzini və aktiv istirahət mədəniyyətini təbliğ etmək, hər kəsə yoqanın müxtəlif sahələri ilə tanış olmaq, bilik və təcrübə mübadiləsi aparmaq imkanını yaratmaqdır.
2014-cü ildə BMT Baş Assambleyası yekdilliklə Hindistanın təşəbbüsü və 117 ölkənin dəstəklədiyi qətnamə ilə 2015-ci ildən başlayaraq 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib.