https://sputnik.az/20230622/qizili-sizin-zeheri-bizim-gedebey-gercekden-ekoloji-felaketin-astanasindadirmi-456129293.html
Qızılı sizin, zəhəri bizim: Gədəbəy gerçəkdən ekoloji fəlakətin astanasındadırmı?
Qızılı sizin, zəhəri bizim: Gədəbəy gerçəkdən ekoloji fəlakətin astanasındadırmı?
Sputnik Azərbaycan
Sakinlərin iddiasına görə, ərazidə bu göl yarandıqdan sonra əhali arasında qorxulu xəstəliklər artıb, doğulan uşaqlarda raxitlik müşahidə olunur, eləcə də... 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T08:47+0400
2023-06-22T08:47+0400
2023-06-22T14:02+0400
"qızılbulaq" yatağı
cəmiyyət
gədəbəy
qızıl
ekologiya
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/41196/54/411965401_0:104:2000:1229_1920x0_80_0_0_05f0dcf120751af52cde0586fb8f5e68.jpg
BAKI, 22 iyun — Sputnik. İki gündür Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlər qızıl mədənini istismar edən “Anglo-Asian Mining” və"İnvestment Group Services LLC" şirkətlərinin yaratdığı süni gölə etiraz edirlər. Sakinlərin sözlərinə görə, qızıl hasilatı zamanı zərərli tullantılar süni gölə axıdılır. Mədəndə istehsal zamanı əmələ gələn təhlükəli maddə olan "sianid" əhalini zəhərləyir. Həmçinin gölün daşma təhlükəsi var. Sakinlərin iddiasına görə, ərazidə bu göl yarandıqdan sonra əhali arasında xəstəliklər artıb, doğulan uşaqlarda raxitlik müşahidə olunur, eləcə də ağacların meyvəsi quruyaraq yerə tökülür. Kənd camaatı gölün suyunun sızaraq yaxınlıqdan keçən çaylara axdığını, buxarlandıqca zərərli maddələrin havaya hopduğunu, beləcə atmosferi çirkləndirdiyini bildirirlər. Bütün bunlar azmış kimi, Söyüdlü kəndinin ərazisində qızıl mədənini istismar edən şirkət tərəfindən ikinci belə süni göl yaradılır. Sakinlərin dediyinə görə, bu göl kəndin örüş yerlərində, 48 hektarlıq ərazidə salınacaq. Sakinlərə isə mal-qaralarını uzaqdakı otlaq sahələrində otarmaq təklif olunur. Söyüdlü sakinləri ikinci belə göl yaradılarsa, onları və ətraf kəndləri ciddi ekoloji fəlakətin gözlədiyini bildiriblər. Sputnik Azərbaycan gölün yaratdığı ekoloji təhlükəni araşdırıb. Gölə axıdılan sianid əhalini zəhərləyir? Texnika elmləri doktoru Elçin Cavadov bildirib ki, Gədəbəyin Söyüdlü kənd sakinləri etiraz etməkdə haqlıdırlar. Onun sözlərinə görə, sözügedən gölün tikintisi zamanı heç bir təhlükəsizlik qaydalarına riayət olunmayıb. Gölün qabaq hissəsi, o cümlədən alt hissəsində heç bir beton və ya hidroizolyasiya qoyulmayıb. Bu gün o gölün sahəsi 10 hektara çatsa da, üst hissəsi bağlanmayıb. Beləcə, sızıntı və buxarlanma vasitəsi ilə təbiət, eləcə də insanlar sianid turşusunun təsiri nəticəsində məhv olur. "Bu sianid gölləri orada yaranan ildən rayonun bir çox kəndlərində meyvə və digər kənd təsərrüfatı məhsulları əmələ gəlmir. Kartof artıq yoxa çıxmaq üzrədir, qısa bir müddət ərzində xarab olur. Xərçəng, böyrək, ürək, ağ ciyər, bronxit kimi xəstəliklər baş alıb gedir".Ekspert hazırda ərazidə daha bir təhlükənin yarandığını da qeyd edib: Cavadovun sözlərinə görə, haqqında bəhs edilən göl sianid turşusundan ibarətdir:"Sianid turşusu isə həddindən artıq zəhərlidir. Buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksəkdir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və ümumzəhərləyici təsir göstərir. Sianidin miqdarı 1 litr havada 1 milliqram olarsa, insan həyatı üçün öldürücü funksiyaya malik olur. Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki, onun mövcud olduğun hava ilə nəfəs alan şəxs zəhərlənir və sianidin miqdarından asılı olaraq zamanla ölür (miqdarı bir litrdə 0,2-0,3 milliqram olduqda tez, 0,1 milliqram olduqda isə tədricən öldürür". Gədəbəydə son illər baş verən xəstəliklərin, gənc yaşda olan ölümlərin, təbii qıtlığın səbəbi bu zəhərli göllərdir. Sızıntı və buxarlanma nəticəsində bu zəhər bütün rayona yayılır". Qızıl hasilatında istifadə edilən metod təhlükəli olsa da, sərfəlidir O, qızıl hasilatı ilə məşğul olan şirkətin yaratdığı süni gölün ciddi ekoloji təhlükə olduğunu söyləyib. Ekoloq Fikrət Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onun və xarici mütəxəssislərin iştirakı ilə yeddi il öncə Gədəbəy qızıl mədənində monitorinqlər keçirilib. Həmin vaxt orada heyvanlar tələf olmuşdu. O zaman göldə sızma olduğu aşkarlansa da, sonra bunun qarşısı alınıb. F.Cəfərov deyir ki, qızıl istehsalı zamanı sianid əmələ gəlir. Qızıl mədənlərində qızıl əldə etmək üçün istifadə olunan bu texnologiya bu gün bütün dünyada tətbiq olunur. "Bu metod digər qızıl bərpa metodlarına nisbətən daha sərfəli olduğundan, üstünlük təşkil edir. Həmin texnologiya tərkibində qızıl olan süxurun kütləvi şəkildə işlənməsinə imkan verir. Digər texnologiyalar isə bir tərəfdən çox bahadır, digər tərəfdən qızılın işlənməsinə imkan vermir", - ekspert deyib. Bununla belə, F.Cəfərov iddia edir ki, sianid suda dörd saat ərzində məhv olur. Bu müddətdən sonra sianidin nə suya, nədə ki ekologiyaya heç bir təhlükəsi qalmır.Ekoloq sianidin ətrafa pis qoxu yaymadığını da söyləyib. Zəhərli su çaylara axır? F. Cəfərovun sözlərinə görə, gölün bəndi elə qurulub ki, oradan ətraf çaylara sızma mümkün deyil. Hazırda kənd sakinləri bu gölün zərərindən narahatdırlarsa, mütləq göldən nümunə götürülməlidir, sianidin ətraf mühitə təsirinin olub-olmadığı müəyyən olunmalıdır. Ekspertin fikrincə, sianid buxarlana bilməz. Göl tikildikdə hidroizolyasiya tədbirləri də görülüb. Şəmkirçay o göldən çox uzaqdadır. Ona görə də, bu göl çaylara təhlükə yaratmır. Qızıl mədənini istismar edən şirkət susur “Anglo-Asian Mining” və"İnvestment Group Services LLC" şirkətlərindən isə Sputnik Azərbaycan-ın suallarına cavab verməyiblər. Şirkətlər əməkdaşlarımızın əlaqə nömrələrini götürərək, ehtiyac olarsa açıqlama veriləcəyini bildiriblər. Gədəbəy rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov ötən gün Söyüdlü kəndinə gedərək sakinlərlə görüşüb. O, kənddə ikinci süni gölün yaradılmayacağını bildirib. Başçı Söyüdlü kəndində qızıl mədəninin istismarının rayonun sosial həyatına müsbət təsir etdiyini deyib. Onun sözlərinə görə, etiraza səbəb olan göl 2012-ci ildən fəaliyyət göstərir. 117 nəfər kənd sakini qızıl hasilatı ilə məşğul olan bu zavodda fəaliyyət göstərir. İcra başçısı gölün kənd sakinlərinin sağlamlığına, eləcə də ekologiyaya mənfi təsirinin olub-olmadığının araşdırılacağını söyləyib. Nazirlik araşdırma aparacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, süni göllə bağlı araşdırma aparılacaq. "Əlbəttə ki, əməkdaşlarımız tərəfindən monitorinqlər və araşdırmalar aparılır, bütün təsirlər öyrəniləcək, təhlillər aparılacaq, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək", - deyə nazirlik sözçüsü bildirib. Etiraz aksiyasından sonra komissiya yaradıldı Ötən gün Nazirlər Kabineti tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Komissiya yaradılıb. Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir. Komissiyaya tapşırılıb ki, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi təmin edilməlidir. Sakinlərin sağlamlığı və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması təmin edilməlidir. Monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflər hazırlanıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir. Sakinlərə qarşı polisin davranışı ictimai qınağa səbəb oldu Xatırladaq ki, hazırda kənd sakinlərinin etiraz aksiyası davam edir. Srağagünkü etiraz aksiyası zamanı kənd sakinləri ilə polis arasında toqquşma baş verib. Onlarla kənd sakinin həbs edildiyi bildirilir. Toqquşma zamanı polis etiraz edən sakinlərə qarşı fiziki güc və gözyaşardıcı qazdan istifadə edib. Yaşlı kənd sakinlərinə qarşı polisin bu davranışı sosial platformada kəskin qınağa səbəb olub. Məlumat üçün bildirək ki, Gədəbəydə qızıl, gümüş və mis hasilatı ilə Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti və "İnvestment Group Services LLC" məşğul olur. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb. “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında Saziş (bundan sonra - Saziş) 1997-ci il avqustun 20-də bağlanaraq Azərbaycan Respublikasının 1998-ci il 17 mart tarixli 456-IQ nömrəli Qanunu ilə qəbul və təsdiq edilərək həyata keçirilməsinə icazə verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41196/54/411965401_112:0:1889:1333_1920x0_80_0_0_89f67b25f3ee71d31cd5011d6bcb7ed9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
"qızılbulaq" yatağı, gədəbəy, qızıl, ekologiya, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
"qızılbulaq" yatağı, gədəbəy, qızıl, ekologiya, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Qızılı sizin, zəhəri bizim: Gədəbəy gerçəkdən ekoloji fəlakətin astanasındadırmı?
08:47 22.06.2023 (Yenilənib: 14:02 22.06.2023) Sakinlərin iddiasına görə, ərazidə bu göl yarandıqdan sonra əhali arasında qorxulu xəstəliklər artıb, doğulan uşaqlarda raxitlik müşahidə olunur, eləcə də ağacların meyvəsi quruyaraq yerə tökülür.
BAKI, 22 iyun — Sputnik. İki gündür Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlər qızıl mədənini istismar edən “Anglo-Asian Mining” və"İnvestment Group Services LLC" şirkətlərinin yaratdığı süni gölə etiraz edirlər.
Sakinlərin sözlərinə görə, qızıl hasilatı zamanı zərərli tullantılar süni gölə axıdılır. Mədəndə istehsal zamanı əmələ gələn təhlükəli maddə olan "sianid" əhalini zəhərləyir. Həmçinin gölün daşma təhlükəsi var.
Sakinlərin iddiasına görə, ərazidə bu göl yarandıqdan sonra əhali arasında xəstəliklər artıb, doğulan uşaqlarda raxitlik müşahidə olunur, eləcə də ağacların meyvəsi quruyaraq yerə tökülür. Kənd camaatı gölün suyunun sızaraq yaxınlıqdan keçən çaylara axdığını, buxarlandıqca zərərli maddələrin havaya hopduğunu, beləcə atmosferi çirkləndirdiyini bildirirlər. Bütün bunlar azmış kimi, Söyüdlü kəndinin ərazisində qızıl mədənini istismar edən şirkət tərəfindən ikinci belə süni göl yaradılır. Sakinlərin dediyinə görə, bu göl kəndin örüş yerlərində, 48 hektarlıq ərazidə salınacaq. Sakinlərə isə mal-qaralarını uzaqdakı otlaq sahələrində otarmaq təklif olunur. Söyüdlü sakinləri ikinci belə göl yaradılarsa, onları və ətraf kəndləri ciddi ekoloji fəlakətin gözlədiyini bildiriblər.
Sputnik Azərbaycan gölün yaratdığı ekoloji təhlükəni araşdırıb.
Gölə axıdılan sianid əhalini zəhərləyir?
Texnika elmləri doktoru Elçin Cavadov bildirib ki, Gədəbəyin Söyüdlü kənd sakinləri etiraz etməkdə haqlıdırlar. Onun sözlərinə görə, sözügedən gölün tikintisi zamanı heç bir təhlükəsizlik qaydalarına riayət olunmayıb. Gölün qabaq hissəsi, o cümlədən alt hissəsində heç bir beton və ya hidroizolyasiya qoyulmayıb. Bu gün o gölün sahəsi 10 hektara çatsa da, üst hissəsi bağlanmayıb. Beləcə, sızıntı və buxarlanma vasitəsi ilə təbiət, eləcə də insanlar sianid turşusunun təsiri nəticəsində məhv olur.
"Bu sianid gölləri orada yaranan ildən rayonun bir çox kəndlərində meyvə və digər kənd təsərrüfatı məhsulları əmələ gəlmir. Kartof artıq yoxa çıxmaq üzrədir, qısa bir müddət ərzində xarab olur. Xərçəng, böyrək, ürək, ağ ciyər, bronxit kimi xəstəliklər baş alıb gedir".
Ekspert hazırda ərazidə daha bir təhlükənin yarandığını da qeyd edib:
"Tamamilə dolmaq üzrə olmasına baxmayaraq, zavod o göldən istifadəyə davam edir. Güclü bir yağış nəticəsində o gölün dolaraq daşma və ya dağılma təhlükəsi an məsələsidir. Bu da sianid gölünün yaxınlığından keçən Şəmkir çayının, Şəmkir su anbarının, o cümlədən, Kür çayının zəhərlənməsi deməkdir. Bütün bu problemlərə baxmayaraq, zavod yeni bir gölün inşasına hazırlaşır. Bu gölün həcmi 48.5 hektar ərazini zəbt edəcək. Bunun nələrə səbəb olacağını düşünmək belə acınacaqlıdır".
Cavadovun sözlərinə görə, haqqında bəhs edilən göl sianid turşusundan ibarətdir:
"Sianid turşusu isə həddindən artıq zəhərlidir. Buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksəkdir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və ümumzəhərləyici təsir göstərir. Sianidin miqdarı 1 litr havada 1 milliqram olarsa, insan həyatı üçün öldürücü funksiyaya malik olur. Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki, onun mövcud olduğun hava ilə nəfəs alan şəxs zəhərlənir və sianidin miqdarından asılı olaraq zamanla ölür (miqdarı bir litrdə 0,2-0,3 milliqram olduqda tez, 0,1 milliqram olduqda isə tədricən öldürür". Gədəbəydə son illər baş verən xəstəliklərin, gənc yaşda olan ölümlərin, təbii qıtlığın səbəbi bu zəhərli göllərdir. Sızıntı və buxarlanma nəticəsində bu zəhər bütün rayona yayılır".
Qızıl hasilatında istifadə edilən metod təhlükəli olsa da, sərfəlidir
O, qızıl hasilatı ilə məşğul olan şirkətin yaratdığı süni gölün ciddi ekoloji təhlükə olduğunu söyləyib.
Ekoloq Fikrət Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onun və xarici mütəxəssislərin iştirakı ilə yeddi il öncə Gədəbəy qızıl mədənində monitorinqlər keçirilib. Həmin vaxt orada heyvanlar tələf olmuşdu. O zaman göldə sızma olduğu aşkarlansa da, sonra bunun qarşısı alınıb.
F.Cəfərov deyir ki, qızıl istehsalı zamanı sianid əmələ gəlir. Qızıl mədənlərində qızıl əldə etmək üçün istifadə olunan bu texnologiya bu gün bütün dünyada tətbiq olunur.
"Bu metod digər qızıl bərpa metodlarına nisbətən daha sərfəli olduğundan, üstünlük təşkil edir. Həmin texnologiya tərkibində qızıl olan süxurun kütləvi şəkildə işlənməsinə imkan verir. Digər texnologiyalar isə bir tərəfdən çox bahadır, digər tərəfdən qızılın işlənməsinə imkan vermir", - ekspert deyib.
Bununla belə, F.Cəfərov iddia edir ki, sianid suda dörd saat ərzində məhv olur. Bu müddətdən sonra sianidin nə suya, nədə ki ekologiyaya heç bir təhlükəsi qalmır.
Ekoloq sianidin ətrafa pis qoxu yaymadığını da söyləyib.
F. Cəfərovun sözlərinə görə, gölün bəndi elə qurulub ki, oradan ətraf çaylara sızma mümkün deyil. Hazırda kənd sakinləri bu gölün zərərindən narahatdırlarsa, mütləq göldən nümunə götürülməlidir, sianidin ətraf mühitə təsirinin olub-olmadığı müəyyən olunmalıdır.
Ekspertin fikrincə, sianid buxarlana bilməz. Göl tikildikdə hidroizolyasiya tədbirləri də görülüb. Şəmkirçay o göldən çox uzaqdadır. Ona görə də, bu göl çaylara təhlükə yaratmır.
Qızıl mədənini istismar edən şirkət susur
“Anglo-Asian Mining” və"İnvestment Group Services LLC" şirkətlərindən isə Sputnik Azərbaycan-ın suallarına cavab verməyiblər. Şirkətlər əməkdaşlarımızın əlaqə nömrələrini götürərək, ehtiyac olarsa açıqlama veriləcəyini bildiriblər.
Gədəbəy rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov ötən gün Söyüdlü kəndinə gedərək sakinlərlə görüşüb. O, kənddə ikinci süni gölün yaradılmayacağını bildirib. Başçı Söyüdlü kəndində qızıl mədəninin istismarının rayonun sosial həyatına müsbət təsir etdiyini deyib. Onun sözlərinə görə, etiraza səbəb olan göl 2012-ci ildən fəaliyyət göstərir. 117 nəfər kənd sakini qızıl hasilatı ilə məşğul olan bu zavodda fəaliyyət göstərir.
İcra başçısı gölün kənd sakinlərinin sağlamlığına, eləcə də ekologiyaya mənfi təsirinin olub-olmadığının araşdırılacağını söyləyib.
Nazirlik araşdırma aparacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, süni göllə bağlı araşdırma aparılacaq.
"Əlbəttə ki, əməkdaşlarımız tərəfindən monitorinqlər və araşdırmalar aparılır, bütün təsirlər öyrəniləcək, təhlillər aparılacaq, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək", - deyə nazirlik sözçüsü bildirib.
Etiraz aksiyasından sonra komissiya yaradıldı
Ötən gün Nazirlər Kabineti tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Komissiya yaradılıb.
Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Komissiyaya tapşırılıb ki, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi təmin edilməlidir. Sakinlərin sağlamlığı və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması təmin edilməlidir. Monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflər hazırlanıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.
Sakinlərə qarşı polisin davranışı ictimai qınağa səbəb oldu
Xatırladaq ki, hazırda kənd sakinlərinin etiraz aksiyası davam edir. Srağagünkü etiraz aksiyası zamanı kənd sakinləri ilə polis arasında toqquşma baş verib. Onlarla kənd sakinin həbs edildiyi bildirilir. Toqquşma zamanı polis etiraz edən sakinlərə qarşı fiziki güc və gözyaşardıcı qazdan istifadə edib. Yaşlı kənd sakinlərinə qarşı polisin bu davranışı sosial platformada kəskin qınağa səbəb olub.
Məlumat üçün bildirək ki, Gədəbəydə qızıl, gümüş və mis hasilatı ilə Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti və "İnvestment Group Services LLC" məşğul olur. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb. “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında Saziş (bundan sonra - Saziş) 1997-ci il avqustun 20-də bağlanaraq Azərbaycan Respublikasının 1998-ci il 17 mart tarixli 456-IQ nömrəli Qanunu ilə qəbul və təsdiq edilərək həyata keçirilməsinə icazə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.