Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qaraciyər xəstəliklərinə niyə 40-50 yaşlı kişilər arasında daha çox rast gəlinir?

© AFP 2024 / JEAN-SEBASTIEN EVRARDXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
Həkimin sözlərinə görə, qaraciyər xəstəlikləri ilkin mərhələlərdə heç bir əlamət verməyə bilər. Hətta çox aktiv iltihabi proses getdikdə belə xəstəni bir o qədər narahat etmir.
BAKI, 22 iyun - Sputnik. Qaraciyər sirrozu qaraciyər toxumasının bərkiməsi, böyüməsi, hüceyrə sayının azalması, yerinə birləşdirici toxumanın gəlməməsi və qaraciyər funksiyasının kifayət qədər azalmasıdır.
Bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynova deyib.
Həkimin sözlərinə görə, ən təhlükəlisi də odur ki, qaraciyər lal orqan hesab edilir:
"Qaraciyər xəstəlikləri ilkin mərhələlərdə heç bir əlamət verməyə bilər. Hətta çox aktiv iltihabi proses getdikdə belə xəstəni bir o qədər narahat etmir. Bu da xəstəliyin aşkarlanmasını çətinləşdirir. Xəstəliyə yoluxmamaq üçün vaxtında virus əleyhinə peyvənd vurulmalıdır. Qaraciyər orqanizmdə 500-dən çox metobolik funksiya yerinə yetirən ən böyük üzvdür. O, qanda olan toksinləri, dərman maddələrini, alkoqolu zərərsizləşdirib orqanizmdən çıxarır, qan laxtalanma faktorlarını sintez edib qanın laxtalanma prosesini təmin edir və eyni zamanda, maddələr mübadiləsində iştirak edir. Bu funksiyalarda zəifləmə baş verdikdə orqanizmdə zəiflik, iştahasızlıq, halsızlıq, arıqlama, sarılıq və s. kimi simptonlar baş yaranır. Hepatozlar qaraciyərin piy distrofiyası (yağ hüceyrələrinin normadan 10% və ya daha çox artması) nəticəsində əmələ gəlir. Buna qaraciyərin piylənməsi deyilir".
Vəfa Hüseynova bildirib ki, qaraciyərin iltihabı xəstəlikləri qaraciyərdə müxtəlif faktorların təsirindən əmələ gəlir:
"Bunlara misal kimi qaraciyər hepatitlərini göstərə bilərik ki, bunun da əsas səbəbi viruslardır. Həmçinin, alkoqol qəbulu da qaraciyər xəstəliklərini yaradan ən böyük səbəblərdəndir. Əsasən, 40-50 yaş arası kişilərdə qaraciyər xəstəliklərinə daha çox rast gəlinir. Qaraciyərin autoimmun xəstəliyinə isə qadınlarda daha çox müşahidə olunur. Qaraciyər xəstəliklərinin əsas müalicəsi düzgün pəhrizlə ayda 4-5 kq-a qədər arıqlamaq, heyvan məhsullu yağlardan, karbohidratlardan, alkoqol qəbulundan, lazımsız dərman vasitələrinin qəbulundan uzaq durmaq, bununla yanaşı, aktiv həyat tərzi keçirmək, metobolizmanı sürətləndirməkdir. Əgər xəstəliyin səbəbi Hepatit viruslarıdırsa, virus əleyhinə dərman preparatlarından istifadə və simptomatik müalicə etmək lazımdır. Hazırda dünyada hepatit viruslara yoluxanların sayı iki milyarddan çoxdur. Bu isə hər üç-dörd nəfərdən birinin hepatitə yoluxması deməkdir. Bu xəstəlikdən hər il 1.5 milyon (30 saniyədə bir nəfər) dünyasını dəyişir".
Həkim-terapevt vurğulayıb ki, inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin aktual problemlərindən biri qaraciyər piylənməsidir ki, onların əmələ gəlməsi artıq bədən çəkisi və metabolik sindromla sıx əlaqəlidir:
"Qaraciyər xəstələri müntəzəm olaraq həkim nəzarətində olmalı, xəstəliyin klinik-laborator müayinələri, inkişaf əlamətləri, eyni zamanda xəstələrin şikayətləri vaxtında və düzgün qiymətləndirilməlidir. Qaraciyər xəstəliklərinin klinik əlamətləri zəif olduğuna görə, hər bir insan vaxtaşırı qaraciyərin sağlamlığını müayinələrlə yoxlamalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0