https://sputnik.az/20230622/nazir-soyudlu-sakinlerinin-narahatligina-encam-cekeceklerini-bildirdi-456167393.html
Nazir Söyüdlü sakinlərinin narahatlığına əncam çəkəcəklərini bildirdi
Nazir Söyüdlü sakinlərinin narahatlığına əncam çəkəcəklərini bildirdi
Sputnik Azərbaycan
Muxtar Babayev deyib ki, hava monitorinqi Söyüdlü kəndində və gölün ətrafında çirklənmənin olmadığını göstərir. 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T18:10+0400
2023-06-22T18:10+0400
2023-06-22T18:10+0400
muxtar babayev
cəmiyyət
ekoloji fəlakət
ekologiya
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
söyüdlü
gədəbəy rayonu, söyüdlü kəndi
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456167191_0:7:1119:637_1920x0_80_0_0_43d1a7f25759be848d39f1c4eee3cc78.jpg
BAKI, 22 iyun — Sputnik. Sizin göllə bağlı narahatlığınız çox ciddi şəkildə öyrəniləcək. Müvafiq qurumlar burada təhlillər aparacaqlar. Bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib. Komissiya sədri bildirib ki, gölün insan həyatına nə qədər neqativ təsir göstərməsi məsələlərinin hamısı araşdırılacaq: "Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq. Hava monitorinqi onu göstərir ki, Söyüdlü kəndində və gölün ətrafında çirklənmə yoxdur" (report). Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb. İyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
söyüdlü
gədəbəy rayonu, söyüdlü kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456167191_229:0:1190:721_1920x0_80_0_0_b932d378e8e5cae771afd865b8087cd7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muxtar babayev, ekoloji fəlakət, ekologiya, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, söyüdlü, gədəbəy rayonu, söyüdlü kəndi
muxtar babayev, ekoloji fəlakət, ekologiya, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, söyüdlü, gədəbəy rayonu, söyüdlü kəndi
Nazir Söyüdlü sakinlərinin narahatlığına əncam çəkəcəklərini bildirdi
Muxtar Babayev deyib ki, hava monitorinqi Söyüdlü kəndində və gölün ətrafında çirklənmənin olmadığını göstərir.
BAKI, 22 iyun — Sputnik. Sizin göllə bağlı narahatlığınız çox ciddi şəkildə öyrəniləcək. Müvafiq qurumlar burada təhlillər aparacaqlar.
Bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib.
Komissiya sədri bildirib ki, gölün insan həyatına nə qədər neqativ təsir göstərməsi məsələlərinin hamısı araşdırılacaq:
"Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq. Hava monitorinqi onu göstərir ki, Söyüdlü kəndində və gölün ətrafında çirklənmə yoxdur" (report).
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.
İyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.