https://sputnik.az/20230622/lacin-tehvil-verilerken-ermenistanin-tapsirigi-ile-evler-yararsiz-veziyyete-salinib-456145581.html
Laçın təhvil verilərkən Ermənistanın tapşırığı ilə evlər yararsız vəziyyətə salınıb
Laçın təhvil verilərkən Ermənistanın tapşırığı ilə evlər yararsız vəziyyətə salınıb
Sputnik Azərbaycan
Baş Prokuror bildirib ki, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınıb, 8-nə isə müxtəlif... 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T12:25+0400
2023-06-22T12:25+0400
2023-06-22T12:32+0400
azərbaycan xəbərləri
laçın
ermənistan
baş prokurorluq
baş prokuror
kamran əliyev
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455989722_0:0:3193:1796_1920x0_80_0_0_07ec76145d1a1920b4ba8a2778d53842.jpg
BAKI, 22 iyun — Sputnik. Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə evlər yararsız vəziyyətə salınıb. Bunu Baş prokuror Kamran Əliyev iyunun 22-də işğaldan azad edilmiş Laçın şəhərində keçirdiyi əməliyyat müşavirəsində deyib. O bildirib ki, işğal müddətində Laçın şəhərində yerləşən, Azərbaycan vətəndaşlarına məxsus 509 fərdi yaşayış evlərində yaşamış erməni milliyətindən olan şəxslər tərəfindən 2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin evlərə müxtəlif həcmli ziyan vurulmuş, istifadə üçün yararsız vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də törədilib. "Qeyd edilən faktlar Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə mötəbər sübutlarla müəyyən edilib", - deyə Baş prokuror vurğulayıb. K.Əliyev zəruri tapşırıq və göstərişlərini verib. Baş Prokuror bildirib ki, Laçın şəhəri işğal edildikdən sonra 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının nəzarətinə verilənədək Ermənistan Respublikasının aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olan 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılaraq məhv edilib və istismara yararsız vəziyyətə salınıb. Qeyd olunub ki, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınıb, 8-nə isə müxtəlif həcmli zərər vurulub. Ümumilikdə 190 inzibati binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınıb, 47-nə isə müxtəlif həcmli zərər vurulub. Vurğulanıb ki, işğal müddətində Laçın şəhərində yerləşən, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus 509 fərdi yaşayış evlərində yaşamış erməni milliyətindən olan şəxslər tərəfindən 2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin evlərə müxtəlif həcmli ziyan vurulub, istifadə üçün yararsız vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də törədilib. Qeyd edilən faktlar Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə mötəbər sübutlarla müəyyən edilib. Xatırladaq ki, iyunun 22-də Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Laçın şəhərinə gedib (Report).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455989722_310:0:3041:2048_1920x0_80_0_0_ff074e0165de6b79d9ae4aa6a922e300.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
laçın, ermənistan, baş prokurorluq, baş prokuror, kamran əliyev
laçın, ermənistan, baş prokurorluq, baş prokuror, kamran əliyev
Laçın təhvil verilərkən Ermənistanın tapşırığı ilə evlər yararsız vəziyyətə salınıb
12:25 22.06.2023 (Yenilənib: 12:32 22.06.2023) Baş Prokuror bildirib ki, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınıb, 8-nə isə müxtəlif həcmli zərər vurulub.
BAKI, 22 iyun — Sputnik. Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə evlər yararsız vəziyyətə salınıb.
Bunu Baş prokuror Kamran Əliyev iyunun 22-də işğaldan azad edilmiş Laçın şəhərində keçirdiyi əməliyyat müşavirəsində deyib.
O bildirib ki, işğal müddətində Laçın şəhərində yerləşən, Azərbaycan vətəndaşlarına məxsus 509 fərdi yaşayış evlərində yaşamış erməni milliyətindən olan şəxslər tərəfindən 2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin evlərə müxtəlif həcmli ziyan vurulmuş, istifadə üçün yararsız vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də törədilib.
"Qeyd edilən faktlar Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə mötəbər sübutlarla müəyyən edilib", - deyə Baş prokuror vurğulayıb.
K.Əliyev zəruri tapşırıq və göstərişlərini verib.
Baş Prokuror bildirib ki, Laçın şəhəri işğal edildikdən sonra 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının nəzarətinə verilənədək Ermənistan Respublikasının aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olan 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılaraq məhv edilib və istismara yararsız vəziyyətə salınıb.
Qeyd olunub ki, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınıb, 8-nə isə müxtəlif həcmli zərər vurulub. Ümumilikdə 190 inzibati binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınıb, 47-nə isə müxtəlif həcmli zərər vurulub.
Vurğulanıb ki, işğal müddətində Laçın şəhərində yerləşən, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus 509 fərdi yaşayış evlərində yaşamış erməni milliyətindən olan şəxslər tərəfindən 2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin evlərə müxtəlif həcmli ziyan vurulub, istifadə üçün yararsız vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də törədilib.
Qeyd edilən faktlar Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə mötəbər sübutlarla müəyyən edilib.
Xatırladaq ki, iyunun 22-də Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Laçın şəhərinə gedib (Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.