https://sputnik.az/20230622/fitch-bu-il-ucun-neftin-qiymeti-uzre-proqnozunu-azaldib-456138471.html
“Fitch” bu il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
“Fitch” bu il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
Sputnik Azərbaycan
2024-cü il üçün agentlik proqnozunu dəyişməyərək, onu 75 dollar səviyyəsində saxlayıb. 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T10:55+0400
2023-06-22T10:55+0400
2023-06-22T10:55+0400
fitch
neft-qaz
neft
"brent" markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992886_0:0:1999:1125_1920x0_80_0_0_e31f06c2ee5d0e6e815fa3b21743995a.jpg
BAKI, 22 iyun — Sputnik. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2023-cü il üçün "Brent" markalı neftin orta qiyməti üzrə proqnozunu azaldıb. Bu il "Brent" markalı neftin bir barelinin qiymətinin 80 dollar təşkil edəcəyi ehtimal olunur ki, bu da öncəki proqnozdan 5 dollar azdır. Məlumata görə, 2024-cü il üçün agentlik proqnozunu dəyişməyərək, onu 75 dollar səviyyəsində saxlayıb. Bundan başqa, agentlik 2023-cü il üçün WTI markalı neftin bir barelinin qiyməti ilə bağlı gözləntilərini 80 dollardan 75 dollara endirib. Buna baxmayaraq, "Fitch", əvvəl gözlənildiyi kimi, gələn il üçün WTI neftinin bir barelinin qiymətini 70 dollar səviyyəsində proqnozlaşdır. Onu da qeyd etmək lazımdır, agentlik neftin hər iki markası üzrə daha uzunmüddətli qiymət proqnozları artırıb. Beləliklə, 2025-ci il üçün "Brent" markalı neftin bir barelinin qiyməti üzrə proqnoz 65 dollardan 70 dollaradək, 2026-cı il üçün isə 53 dollardan 65 dollaradək artırılıb. WTI neftinin qiymətləri üzrə proqnoz 2025-ci il üçün əvvəlki 60 dollardan 65 dollaradək, 2026-cı il üçün isə 50 dollardan 60 dollaradək yüksəldilib (APA).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992886_14:0:1791:1333_1920x0_80_0_0_885450f21ecc384c5220466d0ddfe2e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fitch, neft, "brent" markalı neft
fitch, neft, "brent" markalı neft
“Fitch” bu il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
2024-cü il üçün agentlik proqnozunu dəyişməyərək, onu 75 dollar səviyyəsində saxlayıb.
BAKI, 22 iyun — Sputnik. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2023-cü il üçün "Brent" markalı neftin orta qiyməti üzrə proqnozunu azaldıb.
Bu il "Brent" markalı neftin bir barelinin qiymətinin 80 dollar təşkil edəcəyi ehtimal olunur ki, bu da öncəki proqnozdan 5 dollar azdır.
Məlumata görə, 2024-cü il üçün agentlik proqnozunu dəyişməyərək, onu 75 dollar səviyyəsində saxlayıb.
Bundan başqa, agentlik 2023-cü il üçün WTI markalı neftin bir barelinin qiyməti ilə bağlı gözləntilərini 80 dollardan 75 dollara endirib.
Buna baxmayaraq, "Fitch", əvvəl gözlənildiyi kimi, gələn il üçün WTI neftinin bir barelinin qiymətini 70 dollar səviyyəsində proqnozlaşdır.
Onu da qeyd etmək lazımdır, agentlik neftin hər iki markası üzrə daha uzunmüddətli qiymət proqnozları artırıb.
Beləliklə, 2025-ci il üçün "Brent" markalı neftin bir barelinin qiyməti üzrə proqnoz 65 dollardan 70 dollaradək, 2026-cı il üçün isə 53 dollardan 65 dollaradək artırılıb. WTI neftinin qiymətləri üzrə proqnoz 2025-ci il üçün əvvəlki 60 dollardan 65 dollaradək, 2026-cı il üçün isə 50 dollardan 60 dollaradək yüksəldilib (APA).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.