SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan ordusunun Baş qərargah rəisi ABŞ-dan olan həmkarı ilə görüşüb

© SputnikErmənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyi - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
ABŞ-ın Avropadakı ordusunun komandanı, general Darril Uilyamsın dəvəti ilə Asryanın başçılıq etdiyi nümayəndə heyəti Avropa ordularının illik konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə yola düşüb.
BAKI, 22 iyun — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Edvard Asryan Almaniyada keçirilən Avropa Ordu Konfransı çərçivəsində ABŞ ordusunun baş qərargah rəisi general Ceyms Makkonvil ilə görüşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
"ABŞ-ın Avropadakı ordusunun komandanı, general Darril Uilyamsın dəvəti ilə Asryanın başçılıq etdiyi nümayəndə heyəti Avropa ordularının illik konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə yola düşüb. Səfərin ilk günü General mayor Edvard Asryan ABŞ ordusunun baş qərargah rəisi general Ceyms Makkonvil ilə qeyri-rəsmi görüş keçirib", - Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, konfrans çərçivəsində Asryan Avropadakı quru qoşunlarının artilleriya rəisi, general-mayor Stefan Maranyanla danışıb. Asryan ilə avropalı tərəfdaşlar arasında bir sıra digər görüşlər də planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0