https://sputnik.az/20230622/elm-ve-tehsil-naziri-her-seyle-mesgul-olmaqdansa-ortaya-is-qoymaq-olar-456158629.html
Elm və təhsil naziri: "Hər şeylə məşğul olmaqdansa, ortaya iş qoymaq olar"
Elm və təhsil naziri: "Hər şeylə məşğul olmaqdansa, ortaya iş qoymaq olar"
Sputnik Azərbaycan
Emin Əmrullayev deyib ki, elmi tədqiqatların müəyyən diferensial əsasda maliyyələşmə mexanizmini hazırlayıb tətbiq etmək lazımdır. 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T15:06+0400
2023-06-22T15:06+0400
2023-06-22T15:06+0400
emin əmrullayev
təhsil
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031248_0:0:3071:1728_1920x0_80_0_0_af81dafd9118bc8ee8661d0259865c02.jpg
BAKI, 22 iyun — Sputnik. Təhsildə qısa müddət anlayışı başqa sistemlərlə müqayisədə bəlkə də bir qədər uzundur. Bunu elm və təhsil naziri Emin Əmrullayev "V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfansı"nda çıxışı zamanı deyib. O bildirib ki, buradakı nəticələri bəlkə də 10 il sonra görürük: "10 il bundan əvvəl keçmiş təhsil nazirinin işi sessiya dövründə rektorların fəaliyyətinə nəzarət, şəffaflığın təmin edilməsi, bəzi ixtisaslara 100 nəfərin qəbul olub, 300 nəfərin bitirməsi kimi qeyri-qanuni hallarla mübarizə aparmaq idisə, indi belə deyil. İndi bu prosesə birbaşa nəzarət etmək ehtiyacı görmürük. Çünki ali təhsil müəssisələrimizə inanırıq. Biz sadəcə şəffaflıqla qürur duya bilmərik. Elm müəssisəsi həm də tədqiqat aparan, kadr hazırlayan bir müəssisədir". Nazir qeyd edib ki, qarşıdakı hədəf ali təhsil müəssisələrinə qəbul olanların sayını artırmaq və keyfiyyət baxımından çıxış qapılarını bir qədər daraltmaqdır: "Bu səbəbdən ali təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilir. Hazırda ali təhsil müəssisələrimizin inkişafa ehtiyacı olan hissəsi professor-müəllim heyətinin formalaşdırılmasıdır. Universitet müəllimi kim olmalıdır? Hesab edirəm ki, bu şəxs bütün həyatını bir-iki sualın cavabını tapmağa həsr edən adam olmalıdır". Hər şeylə məşğul olmaq əvəzinə konkret sahələr üzrə tədqiqat aparıb ortaya yaxşı iş qoymaq olar Nazir bildirib ki, tədris və tədqiqatla məşğul olan insanın xüsusiyyətləri ilə bağlı müzakirələr aparmalıyıq: "Bu insan necə biri olmalıdır sualına cavab tapmaq lazımdır". Nazirin sözlərinə görə, Nobel mükafatı laureatı Əziz Sancar Bakıda qonaq olan zaman ona verilən sual və verdiyi cavablar maraqlı idi: "O, ancaq öz ixtisas sahəsi üzrə suallara cavab verə biləcəyini deyirdi. Bilmirəm cavabını belə çox rahat deyə bilirdi. Yəni, hər şeylə məşğul olmaq əvəzinə konkret sahələr üzrə tədqiqat aparıb ortaya yaxşı iş qoymaq olar". "Biz daha çox elmi tədqiqatların iqtisadiyyatda və ya istehsalatda olan tətbiqini saymaqla məşğuluq. Bunun heç bir nəticəsi olmayacaq. Yalnız yaxşı müzakirə və emosiya ola bilər. Amma buna görə ali təhsil müəssisələrinin reytinqi qalxmayacaq, bunu dəqiq deyə bilərəm. Bu istiqamətdə Azərbaycan hökumətinin gördüyü işlərin siyahısında ali təhsilin rəqabətliliyi istiqamətində olan dövlət proqramı qeyd edilməlidir. Növbəti illər ərzində dünyanın top universitetlərində doktorantura dərəcəsini bitirən 300 azərbaycanlı vətənə qayıdacaq. Ali təhsil müəssisələri üçün bu, müsbət nümunədir. İnanıram ki, yaxın gələcək üçün gündəlik məişət xarakterli müzakirələrdən elmə keçid edə biləcəyik", - nazir əlavə edib. Ali təhsil müəssisələrində diferensial yanaşma olmalıdır Nazir bildirib ki, ali təhsil müəssisələrində də diferensial yanaşma olmalıdır. Onun sözlərinə görə, elmi tədqiqatların müəyyən diferensial əsasda maliyyələşmə mexanizmini hazırlayıb tətbiq etmək lazımdır: "Ümumi təhsil müəssisələrində bunu təxminən 10 il müddətinə həyata keçirməyə müvəffəq ola bildik. Ali təhsil müəssisələrində də diferensial yanaşma olduqca vacibdir. Harada daha çox tədqiqat apara biləcək insanlar varsa, harada tədqiqatlar daha yüksək reytinq toplayırsa, ora daha çox dövlət maliyyəsi axmalıdır. Bu iş daha yaxşı olmalıdır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031248_0:0:2731:2048_1920x0_80_0_0_bf5cf6ddc4917ee32a27cf338915e10d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, elm və təhsil nazirliyi
emin əmrullayev, elm və təhsil nazirliyi
Elm və təhsil naziri: "Hər şeylə məşğul olmaqdansa, ortaya iş qoymaq olar"
Emin Əmrullayev deyib ki, elmi tədqiqatların müəyyən diferensial əsasda maliyyələşmə mexanizmini hazırlayıb tətbiq etmək lazımdır.
BAKI, 22 iyun — Sputnik. Təhsildə qısa müddət anlayışı başqa sistemlərlə müqayisədə bəlkə də bir qədər uzundur.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfansı"nda çıxışı zamanı deyib.
O bildirib ki, buradakı nəticələri bəlkə də 10 il sonra görürük:
"10 il bundan əvvəl keçmiş təhsil nazirinin işi sessiya dövründə rektorların fəaliyyətinə nəzarət, şəffaflığın təmin edilməsi, bəzi ixtisaslara 100 nəfərin qəbul olub, 300 nəfərin bitirməsi kimi qeyri-qanuni hallarla mübarizə aparmaq idisə, indi belə deyil. İndi bu prosesə birbaşa nəzarət etmək ehtiyacı görmürük. Çünki ali təhsil müəssisələrimizə inanırıq. Biz sadəcə şəffaflıqla qürur duya bilmərik. Elm müəssisəsi həm də tədqiqat aparan, kadr hazırlayan bir müəssisədir".
Nazir qeyd edib ki, qarşıdakı hədəf ali təhsil müəssisələrinə qəbul olanların sayını artırmaq və keyfiyyət baxımından çıxış qapılarını bir qədər daraltmaqdır:
"Bu səbəbdən ali təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilir. Hazırda ali təhsil müəssisələrimizin inkişafa ehtiyacı olan hissəsi professor-müəllim heyətinin formalaşdırılmasıdır. Universitet müəllimi kim olmalıdır? Hesab edirəm ki, bu şəxs bütün həyatını bir-iki sualın cavabını tapmağa həsr edən adam olmalıdır".
Hər şeylə məşğul olmaq əvəzinə konkret sahələr üzrə tədqiqat aparıb ortaya yaxşı iş qoymaq olar
Nazir bildirib ki, tədris və tədqiqatla məşğul olan insanın xüsusiyyətləri ilə bağlı müzakirələr aparmalıyıq: "Bu insan necə biri olmalıdır sualına cavab tapmaq lazımdır".
Nazirin sözlərinə görə, Nobel mükafatı laureatı Əziz Sancar Bakıda qonaq olan zaman ona verilən sual və verdiyi cavablar maraqlı idi: "O, ancaq öz ixtisas sahəsi üzrə suallara cavab verə biləcəyini deyirdi. Bilmirəm cavabını belə çox rahat deyə bilirdi. Yəni, hər şeylə məşğul olmaq əvəzinə konkret sahələr üzrə tədqiqat aparıb ortaya yaxşı iş qoymaq olar".
"Biz daha çox elmi tədqiqatların iqtisadiyyatda və ya istehsalatda olan tətbiqini saymaqla məşğuluq. Bunun heç bir nəticəsi olmayacaq. Yalnız yaxşı müzakirə və emosiya ola bilər. Amma buna görə ali təhsil müəssisələrinin reytinqi qalxmayacaq, bunu dəqiq deyə bilərəm. Bu istiqamətdə Azərbaycan hökumətinin gördüyü işlərin siyahısında ali təhsilin rəqabətliliyi istiqamətində olan dövlət proqramı qeyd edilməlidir. Növbəti illər ərzində dünyanın top universitetlərində doktorantura dərəcəsini bitirən 300 azərbaycanlı vətənə qayıdacaq. Ali təhsil müəssisələri üçün bu, müsbət nümunədir. İnanıram ki, yaxın gələcək üçün gündəlik məişət xarakterli müzakirələrdən elmə keçid edə biləcəyik", - nazir əlavə edib.
Ali təhsil müəssisələrində diferensial yanaşma olmalıdır
Nazir bildirib ki, ali təhsil müəssisələrində də diferensial yanaşma olmalıdır.
Onun sözlərinə görə, elmi tədqiqatların müəyyən diferensial əsasda maliyyələşmə mexanizmini hazırlayıb tətbiq etmək lazımdır: "Ümumi təhsil müəssisələrində bunu təxminən 10 il müddətinə həyata keçirməyə müvəffəq ola bildik. Ali təhsil müəssisələrində də diferensial yanaşma olduqca vacibdir. Harada daha çox tədqiqat apara biləcək insanlar varsa, harada tədqiqatlar daha yüksək reytinq toplayırsa, ora daha çox dövlət maliyyəsi axmalıdır. Bu iş daha yaxşı olmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.