https://sputnik.az/20230622/dermanlarin-iclik-vereqelerinin-azerbaycan-dilinde-olmasi-problem-yaradir-456162682.html
Dərmanların içlik vərəqələrinin Azərbaycan dilində olması problem yaradır?
Dərmanların içlik vərəqələrinin Azərbaycan dilində olması problem yaradır?
Sputnik Azərbaycan
Qanuna dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək... 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T20:10+0400
2023-06-22T20:10+0400
2023-06-22T20:10+0400
dərman
səhiyyə
qanun
https://cdnn1.img.sputnik.az/img/41882/38/418823805_38:0:1000:541_1920x0_80_0_0_f8b6552bd7a39a976c08ea5d56e85c99.jpg
BAKI, 22 iyun — Sputnik. Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün müəyyən çətinliklər yaradır. Belə ki, bəzi hallarda xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraq göstərmirlər. Bu baxımdan, "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması, həmçinin türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması məqsədəmüvafiq hesab edilir. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin məlumatında bildirilib. Qeyd olunub ki, bu təklif bəzi ekspertlər və əhalini müəyyən təbəqəsi tərəfindən düzgün dəyərləndirilməmiş və bir sıra yalnış açıqlamalara səbəb olub. "Bildiririk ki, sözügedən məsələ apteklərdən dərman alan əhali üçün heç bir narahatlıq yaratmayacaq. Belə ki, qanuna təklif edilən dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək, notariusda təsdiq edilmiş variantının Səhiyyə Nazirliyinin müvafiq qurumuna təqdim olunması nəzərdə tutulur. Həmin məlumat xüsusi yaradılacaq elektron bazaya yüklənəcək", - deyə o əlavə edib. Bu zaman istənilən alıcının dərman vasitəsini əldə etdiyi aptekdən dərman içliyini tələb etmək imkanı yaranır. Vətəndaşın tələbinə əsasən əczaçı xüsusi yaradılacaq elektron sistemdən konkret dərman vasitəsinin içliyini çap edərək, vətəndaşa təqdim edə biləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41882/38/418823805_279:0:1000:541_1920x0_80_0_0_7ed1436e884b52aea32be935d310089e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman, qanun
Dərmanların içlik vərəqələrinin Azərbaycan dilində olması problem yaradır?
Qanuna dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək, notariusda təsdiq edilmiş variantının Səhiyyə Nazirliyinin müvafiq qurumuna təqdim olunması nəzərdə tutulur.
BAKI, 22 iyun — Sputnik. Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün müəyyən çətinliklər yaradır. Belə ki, bəzi hallarda xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraq göstərmirlər. Bu baxımdan, "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması, həmçinin türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması məqsədəmüvafiq hesab edilir.
Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin məlumatında bildirilib. Qeyd olunub ki, bu təklif bəzi ekspertlər və əhalini müəyyən təbəqəsi tərəfindən düzgün dəyərləndirilməmiş və bir sıra yalnış açıqlamalara səbəb olub.
"Bildiririk ki, sözügedən məsələ apteklərdən dərman alan əhali üçün heç bir narahatlıq yaratmayacaq. Belə ki, qanuna təklif edilən dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək, notariusda təsdiq edilmiş variantının Səhiyyə Nazirliyinin müvafiq qurumuna təqdim olunması nəzərdə tutulur. Həmin məlumat xüsusi yaradılacaq elektron bazaya yüklənəcək", - deyə o əlavə edib.
Bu zaman istənilən alıcının dərman vasitəsini əldə etdiyi aptekdən dərman içliyini tələb etmək imkanı yaranır. Vətəndaşın tələbinə əsasən əczaçı xüsusi yaradılacaq elektron sistemdən konkret dərman vasitəsinin içliyini çap edərək, vətəndaşa təqdim edə biləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.