https://sputnik.az/20230622/azerbaycanda-ferdi-melumatlarin-qorunmasi-ile-bagli-yeni-qanun-hazirlanir-456160278.html
Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun hazırlanır
Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun hazırlanır
Sputnik Azərbaycan
Nazir müavini bildirib ki, Data idarəçiliyi strategiyası çərçivəsində fərdi məlumatların xüsusi rolu müəyyən edilir 22.06.2023, Sputnik Azərbaycan
2023-06-22T21:00+0400
2023-06-22T21:00+0400
2023-06-22T21:00+0400
qanun
cəmiyyət
rəqəmsal
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_0:105:2000:1230_1920x0_80_0_0_ca621627ef98fc3d6c50419a6a22f507.jpg
BAKI, 22 iyun — Sputnik. Azərbaycanda Data idarəçiliyi strategiyası çərçivəsində yeni qanun layihəsi hazırlanır. Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Bakıda keçirilən İnsan Resursları Zirvəsi çərçivəsində "Yeni səhifəyə keç" mövzusundakı paneldə deyib. O bildirib ki, hazırda fərdi məlumatların qorunmasını əhatə edən yeni qanun layihəsi ilə bağlı razılaşdırmalar aparılır: "Bu qanun layihəsi parlamentə təsdiq üçün göndərilərsə, o zaman biz fərdi məlumatların qorunması istiqamətində qanunu qəbul etmiş olarıq". Nazir müavini bildirib ki, Data idarəçiliyi strategiyası çərçivəsində fərdi məlumatların xüsusi rolu müəyyən edilir: "Bu strategiyanın dövlət səviyyəsində qəbul olunmasını istəyirik. Bütün yanaşmalar bu strategiyada təsbit edilmiş olacaq. Hazırda dövlət qurumlarında Data ilə bağlı böyük araşdırma və qiymətləndirmə aparılır və vəziyyət birmənalı deyil. Onların Dataya hazırlıq səviyyələri müxtəlifdir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_110:0:1890:1335_1920x0_80_0_0_f82ed551f44e3cd28a7dbdd325d09c9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qanun, rəqəmsal, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
qanun, rəqəmsal, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun hazırlanır
Nazir müavini bildirib ki, Data idarəçiliyi strategiyası çərçivəsində fərdi məlumatların xüsusi rolu müəyyən edilir
BAKI, 22 iyun — Sputnik. Azərbaycanda Data idarəçiliyi strategiyası çərçivəsində yeni qanun layihəsi hazırlanır.
Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Bakıda keçirilən İnsan Resursları Zirvəsi çərçivəsində "Yeni səhifəyə keç" mövzusundakı paneldə deyib.
O bildirib ki, hazırda fərdi məlumatların qorunmasını əhatə edən yeni qanun layihəsi ilə bağlı razılaşdırmalar aparılır: "Bu qanun layihəsi parlamentə təsdiq üçün göndərilərsə, o zaman biz fərdi məlumatların qorunması istiqamətində qanunu qəbul etmiş olarıq".
Nazir müavini bildirib ki, Data idarəçiliyi strategiyası çərçivəsində fərdi məlumatların xüsusi rolu müəyyən edilir:
"Bu strategiyanın dövlət səviyyəsində qəbul olunmasını istəyirik. Bütün yanaşmalar bu strategiyada təsbit edilmiş olacaq. Hazırda dövlət qurumlarında Data ilə bağlı böyük araşdırma və qiymətləndirmə aparılır və vəziyyət birmənalı deyil. Onların Dataya hazırlıq səviyyələri müxtəlifdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.