Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Veteranlarımız haqqında film Rusiyanın məşhur telekanalında nümayiş olunacaq

Kinoteatr - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Filmin prodüseri Nazim Hüseynov, ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyevdir. Filmin montaj prosesi Sankt-Peterburqda baş tutub.
BAKI, 21 iyun — Sputnik. İkinci Dünya müharibəsinin sağ qalmış qəhrəmanlarının həyatından bəhs edən "Sonuncu şahid" filmi Rusiyanın "Kultura TV" kanalında yayımlanacaq. "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, film 97 yaşlı müharibə veteranı İzzət Nemətov haqqındadır.
Qeyd edək ki, ötən il Sankt-Peterburqda MDB ölkələrinin kinematoqrafçılarının beynəlxalq pitçinqi keçirilmişdi. Postsovet dövlətlərinin kinematoqrafçıları bu pitçinqdə öz layihələri ilə çıxış etmişdilər. Tanınmış kinorejissor Ali Xamrayevin "Sonuncu şahid" film layihəsi pitçinqin qaliblərindən biri olub. "Sonuncu şahid" İkinci Dünya müharibəsinin sağ qalmış qəhrəmanlarının həyatından bəhs edir.
Onu da bildirək ki, Azərbaycan kinematoqrafçıları da layihəyə qoşulub və layihə çərçivəsində Astaranın Pensər kəndində yaşayan 97 yaşlı müharibə veteranı İzzət Nemətov haqqında film çəkilib.
Filmin prodüseri Nazim Hüseynov, ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyevdir. Filmin montaj prosesi Sankt-Peterburqda baş tutub.
Ümumilikdə 10-a yaxın qəhrəmanın həyatından bəhs edən film-ballada 22 iyun saat 21:00-da və 23 iyun saat 13:25-də Rusiyanın tanınmış "Kultura TV" televiziya kanalında yayımlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0