Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Valideynindən azı biri ali təhsilli olan abituriyent çox bal toplayır - Məleykə Abbaszadə

© Sputnik / Murad OrujovMəleykə Abbaszadə
Məleykə Abbaszadə - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
DİM sədrinin fikrincə, icbari təhsildən sonra əmək bazarına daxil olan şəxslər üçün xüsusi bir dövlət proqramı olmalıdır ki, onlar müəyyən ixtisas sahibi ola bilsinlər.
BAKI, 21 iyun — Sputnik. "29 ildir təsdiqlənir ki, valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.
O bildirib ki, təxminən 50 faizə yaxın nəticələr göstərir ki, abituriyentlər xarici dili B1 səviyyəsində bilirlər:
"Bacarıqları ölçmək üçün müəyyən alətlər də var. Lakin yumşaq bacarıqları ölçən alətlər bizdə işləmir. Gələcəkdə tətbiqi nəzərdə tutulur. Digər tərəfdən hər il biz bilirik ki, icbari təhsildən sonra 15-16 faiz şəxs hansı səviyyə ilə əmək bazarına daxil olur. Onlarla xüsusi bir dövlət proqramı olmalıdır ki, müəyyən ixtisas sahibi olsunlar. Biz bu yeniyetmələrlə işləməyə başlamışıq və bu, vacib bir prosesdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0