https://sputnik.az/20230621/ssizlik-sigortasi-mebleginin-artirilmasina-ehtiyac-var---nazir-456112127.html
İşsizlik sığortası məbləğinin artırılmasına ehtiyac var - Nazir
İşsizlik sığortası məbləğinin artırılmasına ehtiyac var - Nazir
Sputnik Azərbaycan
İşsizlikdən sığorta qanunvericiliklə nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat... 21.06.2023, Sputnik Azərbaycan
2023-06-21T21:22+0400
2023-06-21T21:22+0400
2023-06-21T21:22+0400
işsizlik
cəmiyyət
sığorta
işsizlikdən sığorta
sahil babayev
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_0:0:2000:1125_1920x0_80_0_0_2a6f7fb5999bdfde24201657e908ad5d.jpg
BAKI, 21 iyun — Sputnik. "İşsizlik sığortasının məbləği çox aşağıdır, 0,5 faizini işçi, 0,5 faizini də işəgötürən ödəyir". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib. O bildirib ki, bunun artırılmasına ehtiyac var. İşsizlikdən sığorta haqqının hesablanması Xatırladaq ki, işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir: -sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi, -sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi. Beləliklə, işsizlikdən sığorta haqqı sığortaolunanın (işçinin) əməkhaqqından hesablanır, işəgötürən tərəfindən işsizlikdən sığorta haqqı isə sığortaolunanın (işçinin) hesablanmış əməyinin ödənişi fondundan - muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır. İşsizlikdən sığorta – qanunvericiliklə nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. “İşsizlikdən sığorta haqqında” qanuna əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya dövlət qulluqçularının sayının və ya ştatların ixtisar edilməsi, həmçinin əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_227:0:2000:1330_1920x0_80_0_0_2914c4d8651946304ff1f3780ea8c8a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
işsizlik, sığorta, işsizlikdən sığorta, sahil babayev
işsizlik, sığorta, işsizlikdən sığorta, sahil babayev
İşsizlik sığortası məbləğinin artırılmasına ehtiyac var - Nazir
İşsizlikdən sığorta qanunvericiliklə nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.
BAKI, 21 iyun — Sputnik. "İşsizlik sığortasının məbləği çox aşağıdır, 0,5 faizini işçi, 0,5 faizini də işəgötürən ödəyir".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.
O bildirib ki, bunun artırılmasına ehtiyac var.
İşsizlikdən sığorta haqqının hesablanması
Xatırladaq ki, işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:
-sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi,
-sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi.
Beləliklə, işsizlikdən sığorta haqqı sığortaolunanın (işçinin) əməkhaqqından hesablanır, işəgötürən tərəfindən işsizlikdən sığorta haqqı isə sığortaolunanın (işçinin) hesablanmış əməyinin ödənişi fondundan - muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.
İşsizlikdən sığorta – qanunvericiliklə nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.
“İşsizlikdən sığorta haqqında” qanuna əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya dövlət qulluqçularının sayının və ya ştatların ixtisar edilməsi, həmçinin əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.