https://sputnik.az/20230621/siyasi-partiyalar-cerimelenecek-456098467.html
Siyasi partiyalar cərimələnəcək
Siyasi partiyalar cərimələnəcək
Sputnik Azərbaycan
İnzibati Xətalar Məcəlləsinə ianələr ilə bağlı dəyişiklik təklif edilib. 21.06.2023, Sputnik Azərbaycan
2023-06-21T10:35+0400
2023-06-21T10:35+0400
2023-06-21T10:35+0400
partiya
siyasət
mərkəzi seçki komissiyası
ianə
inzibat xətalar məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 21 iyun — Sputnik. Mərkəzi Seçki Komissiyasına (MSK) barəsində məlumat təqdim edilməyən ianə üzrə bank əməliyyatı aparan siyasi partiyalar cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişikliklə "Siyasi partiyalar haqqında" qanunda müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə olunacaq. Qeyd edək ki, qanuna görə, ianə – siyasi partiya qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pul və ya digər əmlak şəklində verilən vəsait, habelə digər formada göstərilən maddi yardımdır. Siyasi partiya yalnız Azərbaycan Respublikasının vətəndaşlarından ianə qəbul edə bilər. Siyasi partiya qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə bilməz, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. İanə pul vəsaiti və ya digər əmlak şəklində qəbul edilə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
partiya, mərkəzi seçki komissiyası, ianə, inzibat xətalar məcəlləsi
partiya, mərkəzi seçki komissiyası, ianə, inzibat xətalar məcəlləsi
Siyasi partiyalar cərimələnəcək
İnzibati Xətalar Məcəlləsinə ianələr ilə bağlı dəyişiklik təklif edilib.
BAKI, 21 iyun — Sputnik. Mərkəzi Seçki Komissiyasına (MSK) barəsində məlumat təqdim edilməyən ianə üzrə bank əməliyyatı aparan siyasi partiyalar cərimələnəcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliklə "Siyasi partiyalar haqqında" qanunda müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə olunacaq.
Qeyd edək ki, qanuna görə, ianə – siyasi partiya qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pul və ya digər əmlak şəklində verilən vəsait, habelə digər formada göstərilən maddi yardımdır.
Siyasi partiya yalnız Azərbaycan Respublikasının vətəndaşlarından ianə qəbul edə bilər.
Siyasi partiya qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə bilməz, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz.
İanə pul vəsaiti və ya digər əmlak şəklində qəbul edilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.