https://sputnik.az/20230621/rusiya-turkiye-ve-ran-birge-beyanat-yaydi-456112572.html
Rusiya, Türkiyə və İran birgə bəyanat yaydı
Rusiya, Türkiyə və İran birgə bəyanat yaydı
Sputnik Azərbaycan
Tərəflər 2023-cü il iyunun 20-də Astanada Rusiya Federasiyası, İran, Türkiyə və Suriyanın xarici işlər nazirlərinin müavinləri arasında keçirilən... 21.06.2023, Sputnik Azərbaycan
2023-06-21T19:21+0400
2023-06-21T19:21+0400
2023-06-21T19:21+0400
rusiya
dünya xəbərləri
türkiyə
iran
ankara
dəməşq
bəyanat
https://cdnn1.img.sputnik.az/img/42376/43/423764348_0:160:3073:1888_1920x0_80_0_0_f008f9843965bc284235becfc68c9db9.jpg
BAKI, 21 iyun — Sputnik. Rusiya, Türkiyə və İran Ankara və Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsinin hazırlanması istiqamətində fəal səylərini davam etdirəcəklər. Bu barədə üç ölkənin birgə bəyanatında deyilir. Tərəflər 2023-cü il iyunun 20-də Astanada Rusiya Federasiyası, İran, Türkiyə və Suriyanın xarici işlər nazirlərinin müavinləri arasında keçirilən məsləhətləşmələrin konstruktiv olduğunu qeyd ediblər və bu məsləhətləşmələr zamanı Türkiyə və Suriya arasında münasibətlərin bərpası üçün yol xəritəsinin hazırlanmasını müzakirə ediblər. "Biz xarici işlər nazirlərinin 2023-cü il mayın 10-da və müdafiə nazirlərinin 25 aprel 2023-cü il tarixində keçirilmiş dördtərəfli görüşlərində əldə olunmuş razılaşmaların icrası üçün bu sahədə fəal səylərin davam etdirilməsinin vacibliyini vurğuladıq", - deyə bəyanatda bildirilir. Tərəflər terrorizmlə mübarizə, suriyalıların BMT-nin iştirakı ilə təhlükəsiz, könüllü geri qayıtmaları üçün müvafiq şəraitin yaradılması, siyasi prosesin intensivləşdirilməsi və qarşılıqlı anlaşmanın təmin edilməsi məqsədilə xoşməramlılıq və mehriban qonşuluq əsasında bu prosesin inkişaf etdirilməsinin vacibliyini qəbul ediblər. Ankara ilə Dəməşq arasında münasibətlər 2011-ci ildə Suriyada münaqişə başlayandan sonra kəskinləşib. Daha sonra suriyalı qaçqınlar dalğası Türkiyəyə axışıb və iki ölkə arasında diplomatik əlaqələr kəsilib.
dəməşq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42376/43/423764348_170:0:2901:2048_1920x0_80_0_0_be8360963e7a7ed53a9b5a9a91aee800.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, türkiyə, iran, ankara, dəməşq, bəyanat
rusiya, türkiyə, iran, ankara, dəməşq, bəyanat
Rusiya, Türkiyə və İran birgə bəyanat yaydı
Tərəflər 2023-cü il iyunun 20-də Astanada Rusiya Federasiyası, İran, Türkiyə və Suriyanın xarici işlər nazirlərinin müavinləri arasında keçirilən məsləhətləşmələrin konstruktiv olduğunu qeyd ediblər.
BAKI, 21 iyun — Sputnik. Rusiya, Türkiyə və İran Ankara və Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsinin hazırlanması istiqamətində fəal səylərini davam etdirəcəklər. Bu barədə üç ölkənin birgə bəyanatında deyilir.
Tərəflər 2023-cü il iyunun 20-də Astanada Rusiya Federasiyası, İran, Türkiyə və Suriyanın xarici işlər nazirlərinin müavinləri arasında keçirilən məsləhətləşmələrin konstruktiv olduğunu qeyd ediblər və bu məsləhətləşmələr zamanı Türkiyə və Suriya arasında münasibətlərin bərpası üçün yol xəritəsinin hazırlanmasını müzakirə ediblər.
"Biz xarici işlər nazirlərinin 2023-cü il mayın 10-da və müdafiə nazirlərinin 25 aprel 2023-cü il tarixində keçirilmiş dördtərəfli görüşlərində əldə olunmuş razılaşmaların icrası üçün bu sahədə fəal səylərin davam etdirilməsinin vacibliyini vurğuladıq", - deyə bəyanatda bildirilir.
Tərəflər terrorizmlə mübarizə, suriyalıların BMT-nin iştirakı ilə təhlükəsiz, könüllü geri qayıtmaları üçün müvafiq şəraitin yaradılması, siyasi prosesin intensivləşdirilməsi və qarşılıqlı anlaşmanın təmin edilməsi məqsədilə xoşməramlılıq və mehriban qonşuluq əsasında bu prosesin inkişaf etdirilməsinin vacibliyini qəbul ediblər.
Ankara ilə Dəməşq arasında münasibətlər 2011-ci ildə Suriyada münaqişə başlayandan sonra kəskinləşib. Daha sonra suriyalı qaçqınlar dalğası Türkiyəyə axışıb və iki ölkə arasında diplomatik əlaqələr kəsilib.