https://sputnik.az/20230621/nazir-sam-yemeyini-biryerde-ve-ayri-eden-ailelerdeki-usaqlarin-gostericileri-barede-456102672.html
Nazir şam yeməyini biryerdə və ayrı edən ailələrdəki uşaqların göstəriciləri barədə
Nazir şam yeməyini biryerdə və ayrı edən ailələrdəki uşaqların göstəriciləri barədə
Sputnik Azərbaycan
Emin Əmrullayevin fikrincə, həqiqətən də bir insanın inkişafına ailə, məktəb və ətraf mühit təsir edir. 21.06.2023, Sputnik Azərbaycan
2023-06-21T13:23+0400
2023-06-21T13:23+0400
2023-06-21T13:23+0400
emin əmrullayev
təhsil
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433799_0:0:2000:1125_1920x0_80_0_0_8101786f4d0492106224d5a6ae2c6004.jpg
BAKI, 21 iyun — Sputnik. "Cəmiyyət adətən təhsildən narazıdır və təhsillə bağlı böyük gözləntiləri formalaşır". Bunu elm və təhsil naziri Emin Əmrullayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib. O bildirib ki, təhsilin yekunda kamil bir insan yaratmaq məqsədi var: "Kamil insan nədir? Bəzi cəmiyyətlərdə bu dəyərlər üzərindən, bəzilərində isə əmək bazarındakı rolu qabardılır". Nazir qeyd edib ki, bəzən belə fikirlər irəli sürülür ki, "gəlin 10 min texnoloq hazırlayaq". Bu, sanki ev tikəndə az investisiya qoyulmuş fundamentin üzərinə böyük yük qoymağa bənzəyir. "Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edənlərdə böyüyən uşaqların həm oxu, həm də riyaziyyat göstəricilərində çox böyük fərq var. Evdə kitab sayı, valideynlərin kitab oxumaq həvəsi, valideynlərin davranışı da prosesə böyük təsir edir", - nazir deyib. E.Əmrullayevin fikrincə, biliyi bir başdan başqasına mexaniki olaraq götürüb qoymaq mümkün deyil. Bu, çox ciddi psixoloji inkişaf prosesidir. "Təhsilin yekunda kamil bir insan yaratmaq məqsədi var. Müxtəlif cəmiyyətlərdə kamil insan fərqli başa düşülür. Bəzilərində daha çox dəyərlər üzərindədir, bəzilərində əmək bazarı daha çox qabardılır. Bu, artıq həmin cəmiyyətin seçimi məsələsidir. Həqiqətən də bir insanın inkişafına ailə, məktəb və ətraf mühit təsir edir. İnsan bir mühitdə dünyaya gəlir və həmin mühit onun inkişafında əsas amildir. Mühitlərin ölçülə bilən meyarları var", - nazir əlavə edib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433799_227:0:2000:1330_1920x0_80_0_0_7f8d2b6ed55b15599a3f6906f8436833.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, elm və təhsil nazirliyi
emin əmrullayev, elm və təhsil nazirliyi
Nazir şam yeməyini biryerdə və ayrı edən ailələrdəki uşaqların göstəriciləri barədə
Emin Əmrullayevin fikrincə, həqiqətən də bir insanın inkişafına ailə, məktəb və ətraf mühit təsir edir.
BAKI, 21 iyun — Sputnik. "Cəmiyyət adətən təhsildən narazıdır və təhsillə bağlı böyük gözləntiləri formalaşır".
Bunu elm və təhsil naziri Emin Əmrullayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.
O bildirib ki, təhsilin yekunda kamil bir insan yaratmaq məqsədi var: "Kamil insan nədir? Bəzi cəmiyyətlərdə bu dəyərlər üzərindən, bəzilərində isə əmək bazarındakı rolu qabardılır".
Nazir qeyd edib ki, bəzən belə fikirlər irəli sürülür ki, "gəlin 10 min texnoloq hazırlayaq". Bu, sanki ev tikəndə az investisiya qoyulmuş fundamentin üzərinə böyük yük qoymağa bənzəyir.
"Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edənlərdə böyüyən uşaqların həm oxu, həm də riyaziyyat göstəricilərində çox böyük fərq var. Evdə kitab sayı, valideynlərin kitab oxumaq həvəsi, valideynlərin davranışı da prosesə böyük təsir edir", - nazir deyib.
E.Əmrullayevin fikrincə, biliyi bir başdan başqasına mexaniki olaraq götürüb qoymaq mümkün deyil. Bu, çox ciddi psixoloji inkişaf prosesidir.
"Təhsilin yekunda kamil bir insan yaratmaq məqsədi var. Müxtəlif cəmiyyətlərdə kamil insan fərqli başa düşülür. Bəzilərində daha çox dəyərlər üzərindədir, bəzilərində əmək bazarı daha çox qabardılır. Bu, artıq həmin cəmiyyətin seçimi məsələsidir. Həqiqətən də bir insanın inkişafına ailə, məktəb və ətraf mühit təsir edir. İnsan bir mühitdə dünyaya gəlir və həmin mühit onun inkişafında əsas amildir. Mühitlərin ölçülə bilən meyarları var", - nazir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.