https://sputnik.az/20230621/nazir-muavini-4-gunluk-is-rejimine-kecid-arasdirilmali-movzudur-456106876.html
Nazir müavini: "4 günlük iş rejiminə keçid araşdırılmalı mövzudur"
Nazir müavini: "4 günlük iş rejiminə keçid araşdırılmalı mövzudur"
Sputnik Azərbaycan
Elnur Əliyev bildirib ki, bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir. 4 günlük iş rejimi araşdırılmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi... 21.06.2023, Sputnik Azərbaycan
2023-06-21T16:04+0400
2023-06-21T16:04+0400
2023-06-21T16:04+0400
elnur əliyev
iqtisadiyyat
iqtisadiyyat nazirliyi
birləşmiş ərəb əmirlikləri
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/11/436409750_0:0:2000:1125_1920x0_80_0_0_a395a1b0e80b2263fba6b04489ae345d.jpg
BAKI, 21 iyun — Sputnik. "Bəzi Avropa ölkələri 4 günlük iş rejiminə keçib, lakin bu, araşdırılmalı mövzudur". Bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev "Gələcəyə qayıdış" devizi ilə keçirilən İnsan Resursları Zirvəsində deyib. "4 günlük iş rejiminin tətbiqi ilə bağlı səslənən və real niyyət fərqlidir. Səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Yəni, bu məsələ ikitərəflidir. Bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir. 4 günlük iş rejimi araşdırmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz. Üstəlik, bu məsələ ölkədən ölkəyə fərqlənə bilər", - deyə o, qeyd edib. Xatırladaq ki, 2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Bəzi ölkələr buna keçid üçün hazırlığa başlasa da bir qrup mütəxəssislər onun yaxın zamanda mümkünsüz olduğunu iddia edirdi. Nəhayət 2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı. Beləliklə, BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi. Bundan əlavə, Yaponiyanın və dünyanın elektronika nəhənglərindən olan "Panasonic" də 4 günlük iş rejiminə keçilməsi ilə bağlı qərarını açıqladı. Onlar bu qərarın iş keyfiyyətinin artırılmasına və əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini açıqlayıb. Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib və başqa qərb ölkələrində də 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələr davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/11/436409750_177:0:1950:1330_1920x0_80_0_0_b2be24c102c633a9f804745a6c666969.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elnur əliyev, iqtisadiyyat nazirliyi, birləşmiş ərəb əmirlikləri
elnur əliyev, iqtisadiyyat nazirliyi, birləşmiş ərəb əmirlikləri
Nazir müavini: "4 günlük iş rejiminə keçid araşdırılmalı mövzudur"
Elnur Əliyev bildirib ki, bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir. 4 günlük iş rejimi araşdırılmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz.
BAKI, 21 iyun — Sputnik. "Bəzi Avropa ölkələri 4 günlük iş rejiminə keçib, lakin bu, araşdırılmalı mövzudur".
Bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev "Gələcəyə qayıdış" devizi ilə keçirilən İnsan Resursları Zirvəsində deyib.
"4 günlük iş rejiminin tətbiqi ilə bağlı səslənən və real niyyət fərqlidir. Səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Yəni, bu məsələ ikitərəflidir. Bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir. 4 günlük iş rejimi araşdırmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz. Üstəlik, bu məsələ ölkədən ölkəyə fərqlənə bilər", - deyə o, qeyd edib.
Xatırladaq ki, 2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Bəzi ölkələr buna keçid üçün hazırlığa başlasa da bir qrup mütəxəssislər onun yaxın zamanda mümkünsüz olduğunu iddia edirdi.
Nəhayət 2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı. Beləliklə, BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi. Bundan əlavə, Yaponiyanın və dünyanın elektronika nəhənglərindən olan "Panasonic" də 4 günlük iş rejiminə keçilməsi ilə bağlı qərarını açıqladı. Onlar bu qərarın iş keyfiyyətinin artırılmasına və əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini açıqlayıb.
Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib və başqa qərb ölkələrində də 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələr davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.