CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mübariz Qurbanlı: “Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaq”

© Sputnik / Murad OrujovMübariz Qurbanlı
Mübariz Qurbanlı - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Dövlət Komitəsinin sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərin restavrasiyası və yeni məscidlərin tikintisi tam sürətlə davam etdirilir.
BAKI, 21 iyun — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı azad edilən ərazilərdəki məscidlərə din xadimlərinin təyin olunması məsələsinə münasibət bildirib.
Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərin restavrasiyası və yeni məscidlərin tikintisi tam sürətlə davam etdirilir: "Əminəm ki, bütün bu proses başa çatdıqdan sonra, həmçinin həmin ərazilərə vətəndaşlarımız qayıtdıqca həmin həmin məscidlərə din xadimlərinin təyin olunması həyata keçiriləcək".
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 22 illiyinə həsr olunan “Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans keçirilib.
Tədbirdə Dövlət Komitəsi və digər müvafiq orqanların rəhbər şəxslərinin, habelə dini qurumların və ictimaiyyət nümayəndələrinin iştirak edib.
Konfransı DQİDK-nin sədri Mübariz Qurbanlı giriş sözü ilə açaraq ötən müddət ərzində din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi və dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər haqqında danışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0