https://sputnik.az/20230621/fransa-media-azadligi-aktina-mudaxile-etmeye-calisir---politico-456101104.html
Fransa Media Azadlığı Aktına müdaxilə etməyə çalışır - "Politico"
Fransa Media Azadlığı Aktına müdaxilə etməyə çalışır - "Politico"
Sputnik Azərbaycan
Fransa Daxili İşlər Nazirliyinin və Kəşfiyyat Xidmətlərinin təzyiqi altında Paris hökumət xidmətlərinə jurnalistlərin cihazlarına casus proqramlar quraşdırmaq... 21.06.2023, Sputnik Azərbaycan
2023-06-21T21:15+0400
2023-06-21T21:15+0400
2023-06-21T21:15+0400
fransa
dünya xəbərləri
media
azadlıq
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226224_0:179:1999:1303_1920x0_80_0_0_d7dbc5a475aa29a304ae2c567a40452f.jpg
BAKI, 21 iyun — Sputnik. "Politico" nəşri yazır ki, Fransa hazırda müzakirə olunan Avropa Media Azadlığı Aktına milli təhlükəsizlik mediası istisnalarını tətbiq etməyə çalışır. "Pərdə arxasında Fransa Aktı pozmaq üçün son cəhdini göstərir. Fransa "milli təhlükəsizlik" səbəbi ilə bütün Media Azadlığı Aktına ümumi istisna tətbiq etmək istəyir", – nəşr bunu rəsmilərə istinadən yazır. Bundan əlavə, Fransa Daxili İşlər Nazirliyinin və Kəşfiyyat Xidmətlərinin təzyiqi altında Paris hökumət xidmətlərinə jurnalistlərin cihazlarına casus proqramlar quraşdırmaq imkanı verən istisnaların genişləndirilməsinə çalışır. Bundan əvvəl Fransa Senatı elektron cihazların sahiblərinin ağır cinayət törətməkdə şübhəli bilindiyi halda onların telefonlarının uzaqdan dinlənilməsinə və kameralarının işə salınmasına icazə verib. Müzakirə olunan Aİ-nin Media Azadlığı Aktı medianın plüralizmini və müstəqilliyini təmin etmək və dövlət qurumlarının jurnalistlərin işinə hər hansı müdaxilə cəhdinin qarşısını almaq məqsədi daşıyır. Ötən il bir sıra Avropa ölkələrində xüsusi xidmət orqanlarının "Pegasus" casus proqramının köməyi ilə vətəndaşları dinləməsi ilə bağlı qalmaqal yaranıb. İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış bu proqram yalnız dövlətlərə satılır və cinayət dünyası və terror təşkilatları ilə əlaqədə şübhəli bilinən şəxslərə casusluq etmək üçün istifadə olunur. Pegasus nəinki mobil rabitə vasitəsilə danışıqlara müdaxilə etməyə, həm də telefonlarda, hətta onların kamera və mikrofonlarında saxlanılan məlumatlara çıxış imkanı verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226224_222:0:1999:1333_1920x0_80_0_0_813c2fd027a20ba836944a0f1600b6fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fransa, media, azadlıq
Fransa Media Azadlığı Aktına müdaxilə etməyə çalışır - "Politico"
Fransa Daxili İşlər Nazirliyinin və Kəşfiyyat Xidmətlərinin təzyiqi altında Paris hökumət xidmətlərinə jurnalistlərin cihazlarına casus proqramlar quraşdırmaq imkanı verən istisnaların genişləndirilməsinə çalışır.
BAKI, 21 iyun — Sputnik. "Politico" nəşri yazır ki, Fransa hazırda müzakirə olunan Avropa Media Azadlığı Aktına milli təhlükəsizlik mediası istisnalarını tətbiq etməyə çalışır.
"Pərdə arxasında Fransa Aktı pozmaq üçün son cəhdini göstərir. Fransa "milli təhlükəsizlik" səbəbi ilə bütün Media Azadlığı Aktına ümumi istisna tətbiq etmək istəyir", – nəşr bunu rəsmilərə istinadən yazır.
Bundan əlavə, Fransa Daxili İşlər Nazirliyinin və Kəşfiyyat Xidmətlərinin təzyiqi altında Paris hökumət xidmətlərinə jurnalistlərin cihazlarına casus proqramlar quraşdırmaq imkanı verən istisnaların genişləndirilməsinə çalışır.
Bundan əvvəl Fransa Senatı elektron cihazların sahiblərinin ağır cinayət törətməkdə şübhəli bilindiyi halda onların telefonlarının uzaqdan dinlənilməsinə və kameralarının işə salınmasına icazə verib.
Müzakirə olunan Aİ-nin Media Azadlığı Aktı medianın plüralizmini və müstəqilliyini təmin etmək və dövlət qurumlarının jurnalistlərin işinə hər hansı müdaxilə cəhdinin qarşısını almaq məqsədi daşıyır.
Ötən il bir sıra Avropa ölkələrində xüsusi xidmət orqanlarının "Pegasus" casus proqramının köməyi ilə vətəndaşları dinləməsi ilə bağlı qalmaqal yaranıb. İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış bu proqram yalnız dövlətlərə satılır və cinayət dünyası və terror təşkilatları ilə əlaqədə şübhəli bilinən şəxslərə casusluq etmək üçün istifadə olunur. Pegasus nəinki mobil rabitə vasitəsilə danışıqlara müdaxilə etməyə, həm də telefonlarda, hətta onların kamera və mikrofonlarında saxlanılan məlumatlara çıxış imkanı verir.