DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi 20 il müddətinə azadlıqdan məhrum olunub

© pixabay / qimonoMəhkəmə çəkici
Məhkəmə çəkici - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Hüseyn Axundov Zəngəzur mil-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirləndirilib.
BAKI, 21 iyun — Sputnik. Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.
Sputnik Ermənistan xəbər verir ki, o, Zəngəzur mil-molibden kombinatının gözətçisini "qətlə yetirməkdə təqsirləndirilib".
Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Xəbər lenti
0