https://sputnik.az/20230621/elektron-tehlukesizlik-xidmeti-vetendaslara-xeberdarliq-edib-456129592.html
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib
Sputnik Azərbaycan
Qurum bəyan edib ki, son günlər "Telegram" vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir. 21.06.2023, Sputnik Azərbaycan
2023-06-21T21:52+0400
2023-06-21T21:52+0400
2023-06-21T21:52+0400
xaker
elm
elektron
təhlükəsizlik
hi-tech
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425262269_107:0:1920:1020_1920x0_80_0_0_192f05ef0b815e022d04956853a9cc89.jpg
BAKI, 21 iyun — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara "Telegram" vasitəsilə göndərilən saxta keçidlər barədə xəbərdarlıq edib. Qurum bəyan edib ki, son günlər "Telegram" vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir. Həmin keçidə daxil olduqdan sonra vətəndaşdan "Telegram"da qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəni daxil etmək tələb olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun "Telegram" hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun "Telegram" istifadəçisi olan əlaqələrinə göndərilir. "Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər. Həmçinin vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur", - deyə açıqlamada qqeyd olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425262269_364:0:1724:1020_1920x0_80_0_0_9e3a5f84e786941097e62a058cfc7599.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xaker, elektron, təhlükəsizlik, hi-tech
xaker, elektron, təhlükəsizlik, hi-tech
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib
Qurum bəyan edib ki, son günlər "Telegram" vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir.
BAKI, 21 iyun — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara "Telegram" vasitəsilə göndərilən saxta keçidlər barədə xəbərdarlıq edib.
Qurum bəyan edib ki, son günlər "Telegram" vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir.
Həmin keçidə daxil olduqdan sonra vətəndaşdan "Telegram"da qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəni daxil etmək tələb olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun "Telegram" hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun "Telegram" istifadəçisi olan əlaqələrinə göndərilir.
"Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər. Həmçinin vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur", - deyə açıqlamada qqeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.