SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Böyük Britaniya kralı ilə görüşüb

© Photo : MFA AzerbaijanДжейхун Байрамов встретился с королем Чарльзом III
Джейхун Байрамов встретился с королем Чарльзом III - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Sent-Ceyms sarayında təşkil edilmiş qəbulda Ceyhun Bayramovun Böyük Britaniya kralı III Çarlzla söhbəti baş tutub.
BAKI, 21 iyun - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.
Bu barədə Azərbaycan XİN-in Twitter hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, C.Bayramov Ukraynanın Bərpası Konfransında iştirak etmək üçün Birləşmiş Krallıqda səfərdədir. O, bundan əvvəl Böyük Britaniya XİN başçısı Ceyms Kleverli ilə görüşüb.
Görüşdə iki ölkə münasibətlərinin genişləndirilməsi üzrə addımlar müzakirə edilib.

Tərəflər arasında regionda sabitliyin və sülhün təminatına yönəlmiş əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.
Serqey Lavrov və Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 21.06.2023
SİYASƏT
Ceyhun Bayramov Londonda Britaniya XİN başçısı və ATƏT-in Baş katibi ilə görüşüb
Xəbər lenti
0