Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Cəlilabadda taxıl sahələri yararsız hala düşüb

© AP Phototaxıl
taxıl - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı İlham Babayev rayonda əkin sahələrinin yararsız hala düşdüyünü bildirib.
BAKI, 21 iyun — Sputnik. Son günlər havaların qeyri-sabit keçməsi Cəlilabad rayonunun bir sıra kəndlərində biçilməmiş əkinləri yararsız hala salıb.
Dolu ilə müşayiət olunan yağış Cəlilabadın əsasən dağlıq ərazilərdə yerləşən kəndlərinə daha çox ziyan vurub. Rayonun Kövüzbulaq kəndində demək olar ki, əksər əkinlər yararsız hala düşüb. Aran bölgələri ilə müqayisədə taxıl zəmiləri burada gec yetişdiyi üçün sahələrdə biçinə hazırlıq gedirmiş.
Torpaq sahibi Əli Həsənov bildirib ki, onun da əkdiyi taxıl sahələri yararsız vəziyyətə düşüb: "Sanki bir bəla idi, gəldi getdi. Yarım saat yağan dolu bütün əkinimizi məhv etdi. Əkinimizi sığorta etdirmədiyimiz üçün kompensasiya da düşmür. Güclü dolu taxıl sahələri ilə yanaşı noxud, mərci sahələrimizi də yararsız hala salıb".
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı İlham Babayev də rayonda əkin sahələrinin yararsız hala düşdüyünü bildirib. "Bir neçə gün bundan qabaq Cəlilabadın dağ kəndlərində güclü küləklə müşayiət olunan dolu yağıb. Yağan dolu nəticəsində yetişmiş məhsullara ciddi ziyan dəyib. Yarasız hala düşən əkin sahələrinə baxış keçirdik. Təəssüflər olsun ki, fermerlər əkin sahələrini sığorta etdirməyiblər. Bu da təbii fəlakət zamanı dəymiş ziyanın ödənilməsini çətinləşdirir", - deyə o qeyd edib.
Təkcə Kövüzbulaq kəndinin də daxil olduğu inzibati ərazi vahidliyinin tərkibində olan 3 kəndin 1000 hektara yaxın əkin sahəsi yararsız hala düşüb. Biçinə hazırlaşan kəndlilərin bəziləri təbii fəlakətdən sonra sahələri şumlatdırmaq qərarında gəliblər. (AZƏRTAC).
Xəbər lenti
0