https://sputnik.az/20230621/bu-iki-mesele-ile-bagli-baki-ile-raziliq-elde-olunub---mqer-qriqoryan-456121630.html
Bu iki məsələ ilə bağlı Bakı ilə razılıq əldə olunub - Mqer Qriqoryan
Bu iki məsələ ilə bağlı Bakı ilə razılıq əldə olunub - Mqer Qriqoryan
Sputnik Azərbaycan
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə sərhədlərin delimitasiyası üzrə işçi qrupu çərçivəsində yaxın vaxtlarda görüş barədə razılıq əldə olunub 21.06.2023, Sputnik Azərbaycan
2023-06-21T18:44+0400
2023-06-21T18:44+0400
2023-06-21T18:44+0400
bakı
siyasət
şahin mustafayev
razılıq
danışıqlar
delimitasiya
sərhəd
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284168_0:0:3067:1725_1920x0_80_0_0_1afa7cb4832e23ca7a4ce94edfb7bbaf.jpg
BAKI, 21 iyun — Sputnik. Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində iki məsələ üzrə yekun anlaşma əldə olunub. Bu barədə jurnalistlərə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan məlumat verib. "Birincisi, belə bir anlayış var ki, Yerasx-Meğri-Horadiz yolu kommunikasiyaların açılması çərçivəsində ilk layihə ola bilər. Düşünürəm ki, bu vacibdir, çünki indiki halda hansı marşrutun müzakirə olunduğu aydındır. Bütün tərəflər belə bir fikirdədir ki, bu mərhələdə bu, regionun bütün ölkələri üçün ilk mümkün razılaşma və yaxşı həll yolu ola bilər. İkincisi, qarşılıqlı anlaşma var ki, yüklərə nəzarət onların keçdiyi ölkələrin suverenliyi əsasında aparılmalıdır", - o qeyd edib. Qriqoryan Bakının bu yanaşma ilə razı olub-olmamasına münasibət bildirərək, belə cavab verib: "Biz dəfələrlə bildirmişik ki, belə bir məsələni başqa formatda müzakirə etməyəcəyik. Əgər buna baxmayaraq, görüşlər, müzakirələr gedirsə, deməli, bu yanaşmanı prosesin digər tərəfləri də qəbul edir", - o əlavə edib. "Yüklərə nəzarət ölkələrin suverenliyinə əsaslanacaq və Rusiya Federasiyası FTX-nin funksiyaları və onların həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmalıdır. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə sərhədlərin delimitasiyası üzrə işçi qrupu çərçivəsində yaxın vaxtlarda görüş barədə razılıq əldə olunub", - Ermənistan Baş nazirinin müavini açıqlayıb. Lakin danışıqların tarixi və yeri ilə bağlı hələlik dəqiqlik yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284168_0:0:2731:2048_1920x0_80_0_0_82bdc939503635ace68e0f32c7164db7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bakı, şahin mustafayev, razılıq, danışıqlar, delimitasiya, sərhəd
bakı, şahin mustafayev, razılıq, danışıqlar, delimitasiya, sərhəd
Bu iki məsələ ilə bağlı Bakı ilə razılıq əldə olunub - Mqer Qriqoryan
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə sərhədlərin delimitasiyası üzrə işçi qrupu çərçivəsində yaxın vaxtlarda görüş barədə razılıq əldə olunub
BAKI, 21 iyun — Sputnik. Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində iki məsələ üzrə yekun anlaşma əldə olunub. Bu barədə jurnalistlərə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan məlumat verib.
"Birincisi, belə bir anlayış var ki, Yerasx-Meğri-Horadiz yolu kommunikasiyaların açılması çərçivəsində ilk layihə ola bilər. Düşünürəm ki, bu vacibdir, çünki indiki halda hansı marşrutun müzakirə olunduğu aydındır. Bütün tərəflər belə bir fikirdədir ki, bu mərhələdə bu, regionun bütün ölkələri üçün ilk mümkün razılaşma və yaxşı həll yolu ola bilər. İkincisi, qarşılıqlı anlaşma var ki, yüklərə nəzarət onların keçdiyi ölkələrin suverenliyi əsasında aparılmalıdır", - o qeyd edib.
Qriqoryan Bakının bu yanaşma ilə razı olub-olmamasına münasibət bildirərək, belə cavab verib: "Biz dəfələrlə bildirmişik ki, belə bir məsələni başqa formatda müzakirə etməyəcəyik. Əgər buna baxmayaraq, görüşlər, müzakirələr gedirsə, deməli, bu yanaşmanı prosesin digər tərəfləri də qəbul edir", - o əlavə edib.
"Yüklərə nəzarət ölkələrin suverenliyinə əsaslanacaq və Rusiya Federasiyası FTX-nin funksiyaları və onların həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmalıdır. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə sərhədlərin delimitasiyası üzrə işçi qrupu çərçivəsində yaxın vaxtlarda görüş barədə razılıq əldə olunub", - Ermənistan Baş nazirinin müavini açıqlayıb.
Lakin danışıqların tarixi və yeri ilə bağlı hələlik dəqiqlik yoxdur.