CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balakəndə beş tondan artıq narkotik tərkibli bitkilər məhv edilib

© AP Photo / Charles Rex ArbogastÇətənə kolları, arxiv şəkli
Çətənə kolları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Balakən rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
BAKI, 21 iyun — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Kortala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 5 tondan artıq olan 5400 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0