https://sputnik.az/20230620/usaqlarda-oyun-asililiginin-qarsisini-nece-almaq-olar----rusiyali-psixoloqdan-meslehetler-456029898.html
Uşaqlarda oyun asılılığının qarşısını necə almaq olar? - Rusiyalı psixoloqdan məsləhətlər
Uşaqlarda oyun asılılığının qarşısını necə almaq olar? - Rusiyalı psixoloqdan məsləhətlər
Sputnik Azərbaycan
Morozova görə, asılılıq zamanı yeniyetmənin oyundan başqa praktiki olaraq heç bir maraqları olmur, dostlar, sinif yoldaşları və ailə ilə ünsiyyət də maraqsız... 20.06.2023, Sputnik Azərbaycan
2023-06-20T07:46+0400
2023-06-20T07:46+0400
2023-06-20T07:46+0400
oyun
səhiyyə
psixoloji
psixoloq
asılılıq
oyunlar
spirt
https://cdnn1.img.sputnik.az/img/41998/33/419983325_0:0:1756:987_1920x0_80_0_0_b5a6675a8253c4f0d3d5be165c6f8055.jpg
BAKI, 20 iyun — Sputnik. Oyun asılılığı narkotik və ya spirt ilə eyni asılılıqdır. Uşaqda qeyri-sağlam davranış, oyun vaxtının daimi artması, sosial əlaqələrin itirilməsi və digər əlamətlərlə özünü göstərə bilər. Bu barədə Lenta.ru-ya Doktor İsayevin Klinikasının psixoloqu Yevgeniya Morozova məlumat verib. “Asılılıq zamanı həyatın bütün sahələri dağılır və oyun insanın həyatının mərkəzinə çevrilir. Oyun istirahətin bir hissəsi olmur, bir yeniyetmənin bütün həyatı onun ətrafında qurulmağa başlayır", - deyə psixoloq bildirib. Morozova görə, asılılıq zamanı yeniyetmənin oyundan başqa praktiki olaraq heç bir maraqları olmur, dostlar, sinif yoldaşları və ailə ilə ünsiyyət də maraqsız olur. "Uşağı oyundan bir neçə dəqiqə belə yayındırmaq çox çətin olur. Əlaqə qurmur, onunla ünsiyyət qurmaq çətinləşir. Heç bir tələbi yerinə yetirmir. Beləliklə, uşaq əsasən mənfi fikir və hisslərlə reaksiya verir", - pisxoloq qeyd edib. Morozovanın fikrincə, hər hansı bir asılılıq kimi, oyun asılılığı da təsadüfən baş vermir: "Bir qayda olaraq, bundan əvvəl ailədə və ya məktəbdə problemlər yaranmış ola bilər. Uşaq güclü stress keçirəndə psixoloji travma alır. Burada oyun onun üçün “zehni anesteziyaya” çevrilir". “Oyun asılılığının inkişafının qarşısını almaq üçün uşaqla çox danışmaq lazımdır. Onun həyatında iştirak etmək və həmişə orada olmaq, ona dəstək olmaq və stresli vəziyyətlər yaratmamaq vacibdir. Əgər valideyn öz öhdəsindən gələ bilmirsə, vaxtında psixoloqla əlaqə saxlamaq lazımdır", - deyə psixoloq məsləhət görür. "Əgər siz artıq uşağınızda qumar asılılığının ilkin şərtlərini görmüsünüzsə, nə qədər tez bir mütəxəssisdən kömək istəsəniz, müalicə bir o qədər ağrısız və effektiv olacaqdır. İlkin mərhələlərdə vəziyyət psixoterapiyanın köməyi ilə düzəldilə bilər, lakin əgər asılılıq artıq dərinləşib və uzanıbsa, psixiatrla məsləhətləşmə və dərman müalicəsi tələb oluna bilər", - o qeyd edib. Psixoloq hesab edir ki, əgər uşağın asılılığı artıq formalaşıbsa, ilk növbədə söhbət aparmağa çalışmaq lazımdır. Bu vəziyyətdə uşağı nə danlaya, nə də qınaya bilərsiniz. Valideynlərin edə biləcəyi ən yaxşı şey kömək təklif etmək və psixoloqa müraciət etməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41998/33/419983325_89:0:1405:987_1920x0_80_0_0_23db69ea29c7daa100a5a71cdb242906.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
oyun, psixoloji, psixoloq, asılılıq, oyunlar, spirt
oyun, psixoloji, psixoloq, asılılıq, oyunlar, spirt
Uşaqlarda oyun asılılığının qarşısını necə almaq olar? - Rusiyalı psixoloqdan məsləhətlər
Morozova görə, asılılıq zamanı yeniyetmənin oyundan başqa praktiki olaraq heç bir maraqları olmur, dostlar, sinif yoldaşları və ailə ilə ünsiyyət də maraqsız olur.
BAKI, 20 iyun — Sputnik. Oyun asılılığı narkotik və ya spirt ilə eyni asılılıqdır. Uşaqda qeyri-sağlam davranış, oyun vaxtının daimi artması, sosial əlaqələrin itirilməsi və digər əlamətlərlə özünü göstərə bilər. Bu barədə Lenta.ru-ya Doktor İsayevin Klinikasının psixoloqu Yevgeniya Morozova məlumat verib.
“Asılılıq zamanı həyatın bütün sahələri dağılır və oyun insanın həyatının mərkəzinə çevrilir. Oyun istirahətin bir hissəsi olmur, bir yeniyetmənin bütün həyatı onun ətrafında qurulmağa başlayır", - deyə psixoloq bildirib.
Morozova görə, asılılıq zamanı yeniyetmənin oyundan başqa praktiki olaraq heç bir maraqları olmur, dostlar, sinif yoldaşları və ailə ilə ünsiyyət də maraqsız olur.
"Uşağı oyundan bir neçə dəqiqə belə yayındırmaq çox çətin olur. Əlaqə qurmur, onunla ünsiyyət qurmaq çətinləşir. Heç bir tələbi yerinə yetirmir. Beləliklə, uşaq əsasən mənfi fikir və hisslərlə reaksiya verir", - pisxoloq qeyd edib.
Morozovanın fikrincə, hər hansı bir asılılıq kimi, oyun asılılığı da təsadüfən baş vermir: "Bir qayda olaraq, bundan əvvəl ailədə və ya məktəbdə problemlər yaranmış ola bilər. Uşaq güclü stress keçirəndə psixoloji travma alır. Burada oyun onun üçün “zehni anesteziyaya” çevrilir".
“Oyun asılılığının inkişafının qarşısını almaq üçün uşaqla çox danışmaq lazımdır. Onun həyatında iştirak etmək və həmişə orada olmaq, ona dəstək olmaq və stresli vəziyyətlər yaratmamaq vacibdir. Əgər valideyn öz öhdəsindən gələ bilmirsə, vaxtında psixoloqla əlaqə saxlamaq lazımdır", - deyə psixoloq məsləhət görür.
"Əgər siz artıq uşağınızda qumar asılılığının ilkin şərtlərini görmüsünüzsə, nə qədər tez bir mütəxəssisdən kömək istəsəniz, müalicə bir o qədər ağrısız və effektiv olacaqdır. İlkin mərhələlərdə vəziyyət psixoterapiyanın köməyi ilə düzəldilə bilər, lakin əgər asılılıq artıq dərinləşib və uzanıbsa, psixiatrla məsləhətləşmə və dərman müalicəsi tələb oluna bilər", - o qeyd edib.
Psixoloq hesab edir ki, əgər uşağın asılılığı artıq formalaşıbsa, ilk növbədə söhbət aparmağa çalışmaq lazımdır. Bu vəziyyətdə uşağı nə danlaya, nə də qınaya bilərsiniz. Valideynlərin edə biləcəyi ən yaxşı şey kömək təklif etmək və psixoloqa müraciət etməkdir.