https://sputnik.az/20230620/ukrayna-abs-ve-britaniyani-munaqiseye-celb-etmek-isteyir---soyqu-456076425.html
Ukrayna ABŞ və Britaniyanı münaqişəyə cəlb etmək istəyir - Şoyqu
Ukrayna ABŞ və Britaniyanı münaqişəyə cəlb etmək istəyir - Şoyqu
Sputnik Azərbaycan
Rusiyanın müdafiə naziri bildirib ki, bu raketlərin xüsusi hərbi əməliyyat zonasından kənarda istifadəsi ABŞ və Böyük Britaniyanın münaqişəyə tam şəkildə cəlb... 20.06.2023, Sputnik Azərbaycan
2023-06-20T14:28+0400
2023-06-20T14:28+0400
2023-06-20T14:28+0400
sergey şoyqu
böyük britaniya və şimali irlandiya birləşmiş krallığı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1255:705_1920x0_80_0_0_b987321200e80839cc21b81cc1595bd8.jpg
BAKI, 20 iyun — Sputnik. Ukraynanın ABŞ və Böyük Britaniyanı münaqişəyə cəlb etmək üçün Rusiya Federasiyası ərazisinə, o cümlədən Krıma HİMARS və Fırtına Kölgəsi sistemlərindən istifadə etməklə hücum edəcəyinə dair məlumat var. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında deyib:"Bizdə olan məlumata görə, Ukrayna silahlı qüvvələrinin rəhbərliyi Krım da daxil olmaqla Rusiya Federasiyasının ərazisinə HİMARS və "Storm Shadow" raketləri ilə zərbələr endirməyi planlaşdırır. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1113:835_1920x0_80_0_0_74af6d822f07ad885e6c1597cd790d24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey şoyqu, böyük britaniya və şimali irlandiya birləşmiş krallığı
sergey şoyqu, böyük britaniya və şimali irlandiya birləşmiş krallığı
Ukrayna ABŞ və Britaniyanı münaqişəyə cəlb etmək istəyir - Şoyqu
Rusiyanın müdafiə naziri bildirib ki, bu raketlərin xüsusi hərbi əməliyyat zonasından kənarda istifadəsi ABŞ və Böyük Britaniyanın münaqişəyə tam şəkildə cəlb olunması demək olacaq.
BAKI, 20 iyun — Sputnik. Ukraynanın ABŞ və Böyük Britaniyanı münaqişəyə cəlb etmək üçün Rusiya Federasiyası ərazisinə, o cümlədən Krıma HİMARS və Fırtına Kölgəsi sistemlərindən istifadə etməklə hücum edəcəyinə dair məlumat var. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında deyib:
"Bizdə olan məlumata görə, Ukrayna silahlı qüvvələrinin rəhbərliyi Krım da daxil olmaqla Rusiya Federasiyasının ərazisinə HİMARS və "Storm Shadow" raketləri ilə zərbələr endirməyi planlaşdırır.
"Bu raketlərin xüsusi hərbi əməliyyat zonasından kənarda istifadəsi ABŞ və Böyük Britaniyanın münaqişəyə tam şəkildə cəlb olunması demək olacaq. Müvafiq olaraq Ukrayna ərazisində qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endiriləcək", - nazir vurğulayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.