https://sputnik.az/20230620/sgaldan-azad-olunmus-torpaqlarda-tapilan-kutlevi-mezarliqlari-ne-gozleyir-456613416.html
İşğaldan azad olunmuş torpaqlarda tapılan kütləvi məzarlıqları nə gözləyir?
İşğaldan azad olunmuş torpaqlarda tapılan kütləvi məzarlıqları nə gözləyir?
Sputnik Azərbaycan
Ekspedisiya rəhbəri deyib ki, məzarlıqlardan skletlər eksqumasiya edildikdən sonra orada xatirə lövhələri qoyulacaq. 20.06.2023, Sputnik Azərbaycan
2023-06-20T16:52+0400
2023-06-20T16:52+0400
2023-07-09T16:52+0400
kütləvi məzarlıq
mədəniyyət
şuşa
memorial
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053121_0:160:3072:1888_1920x0_80_0_0_b5998b131ecab4f3718c1bfff6506a97.jpg
BAKI, 20 iyun — Sputnik. Kütləvi məzarlıqların aşkar edildiyi ərazilərdə Memorial Kompleksin inşası ermənilərin törətdikləri vəhşiliklərin unudulmaması üçün vacibdir.Bu sözləri Sputnik Azərbaycan-a Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya institutunun elmi katibi və ekspedisiya rəisi Akif Quliyev deyib.Bu yaxınlarda Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən həmin ərazidə ilkin qazıntı işləri aparılıb. Bundan başqa, kütləvi məzarlıqlar Şuşanın Daşaltı, Xocavəndin Edilli, Kəlbəcərin Başlıbel, Xocalının Fərrux, Füzulinin Yuxarı Seyidəhmədli kəndlərində və digər yaşayış məntəqələrində aşkarlanıb. Bəs görəsən, həmin məzarların sonrakı aqibəti necə olacaq? Həmin ərazidə Memorial Kompleks inşa olunacaqmı? AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Vüsal Həsənov hazırda Ağdamdadır. Ağdam ərazində gedən qazıntılarda iştirak edən mütəxəssis bildirir ki, qazıntı işləri davam edir. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı insan qalıqlarının Ağdam rayonu Sarıcalı kəndi ərazisində, Ağdam-Bərdə avtomobil yolunun kənarında aşkar edildiyini söyləyir. O qeyd edir ki, ərazidə heç bir dəfn əlaməti aşkarlanmayıb: "İnsanlar təsadüfən yol kənarına atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen, yaxud da anatomik ardıcıllıq tamamilə pozulub. Çünki bura çox dayaz ərazidir. İnsan qalıqları tamamən fərqli hissələrdə yerləşir, bəziləri isə heç tapılmayıb". Kütləvi məzarlıqların aşkar edildiyi ərazilərdə Memorial Kompleksin inşasında gəldikdə isə V. Hüseynov bildirir ki, hələki buna ehtiyac yoxdur: "Qubadakı kimi eyni ərazidən 100-dən artıq cəsəd çıxarılarsa, orada muzey yaratmaq olar. Amma çox təəssüf ki, bu gün İşğaldan azad olunan ərazilərin əksəriyyətində Birinci Qarabağ müharibəsinə aid insan cəsədləri aşkar olunur. Onlar da müxtəlif yerlərdədir. Hələ qazantılar davam edir. Ağdam ərazində tapılanların əksəriyyəti rayonun işğal dövrünə təsadüf edir. Orada 4 nəfərin cəsədi aşkar edilib. 5-ci insanın da sümüyü biraz şübhə yaradır. Onu da labarotoriyada araşdırılacaq. Hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərdik. İyun ayının əvvəllərində isə Şuşa həbsxanası ərazisi yaxınlığında qazıntı işləri apararkən kütləvi məzarlıq aşkar edilib. Buradakı insan qalıqlarının həbsxanada saxlanılan azərbaycanlı əsirlərə aid olduğu bildirilir. Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya institutunun elmi katibi və ekspedisiya rəisi Akif Quliyev deyib ki, insan qalıqları Şuşa həbsxanasında təsərrüfat işləri aparılarkən tapılıb: "Bu qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə aid olduğunu ehtimal edirik. Hazırda 3-4 insan skeleti fraqmenti görünür. Yaxın zamanda burada tədqiqat aparılacaq. Bundan sonra burada nə qədər insan qalığı olduğunu dəqiq deyə bilərik" Kütləvi məzarlıqların aşkar edildiyi ərazilərdə Memorial Kompleksin inşası barədə danışan ekspedisiya rəisi bildirir ki, ermənilərin törətdikləri vəhşiliklərin unudulmaması üçün həmin ərazilərdə xatirə lövhələrinin qoyulması vacibdir: "Yəqin ki, məzarlıqlardan skletlər eksqumasiya (Meyitin qəbirdən çıxarılması) edildikdən sonra orada xatirə lövhələri qoyulacaq. Biz hazırda Şuşadayıq. İşlər davam edir. Qazıntı işləri aparıldıqca insan qalıqları tapılır. Biz də araşdırma aparırıq. Çox güman ki, bu işlər yekunlaşdıqdan sonra dövlət tərəfindən kütləvi məzarlıq aşkar edilən yerlərə məlumat lövhələri quraşdırılacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053121_171:0:2902:2048_1920x0_80_0_0_68e242c9fcc1d2a4a307ab810ba073b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kütləvi məzarlıq, şuşa, memorial
kütləvi məzarlıq, şuşa, memorial
İşğaldan azad olunmuş torpaqlarda tapılan kütləvi məzarlıqları nə gözləyir?
16:52 20.06.2023 (Yenilənib: 16:52 09.07.2023) Ekspedisiya rəhbəri deyib ki, məzarlıqlardan skletlər eksqumasiya edildikdən sonra orada xatirə lövhələri qoyulacaq.
BAKI, 20 iyun — Sputnik. Kütləvi məzarlıqların aşkar edildiyi ərazilərdə Memorial Kompleksin inşası ermənilərin törətdikləri vəhşiliklərin unudulmaması üçün vacibdir.
Bu sözləri Sputnik Azərbaycan-a Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya institutunun elmi katibi və ekspedisiya rəisi Akif Quliyev deyib.
Bu yaxınlarda Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən həmin ərazidə ilkin qazıntı işləri aparılıb. Bundan başqa, kütləvi məzarlıqlar Şuşanın Daşaltı, Xocavəndin Edilli, Kəlbəcərin Başlıbel, Xocalının Fərrux, Füzulinin Yuxarı Seyidəhmədli kəndlərində və digər yaşayış məntəqələrində aşkarlanıb. Bəs görəsən, həmin məzarların sonrakı aqibəti necə olacaq? Həmin ərazidə Memorial Kompleks inşa olunacaqmı?
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Vüsal Həsənov hazırda Ağdamdadır. Ağdam ərazində gedən qazıntılarda iştirak edən mütəxəssis bildirir ki, qazıntı işləri davam edir. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı insan qalıqlarının Ağdam rayonu Sarıcalı kəndi ərazisində, Ağdam-Bərdə avtomobil yolunun kənarında aşkar edildiyini söyləyir. O qeyd edir ki, ərazidə heç bir dəfn əlaməti aşkarlanmayıb: "İnsanlar təsadüfən yol kənarına atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen, yaxud da anatomik ardıcıllıq tamamilə pozulub. Çünki bura çox dayaz ərazidir. İnsan qalıqları tamamən fərqli hissələrdə yerləşir, bəziləri isə heç tapılmayıb".
Kütləvi məzarlıqların aşkar edildiyi ərazilərdə Memorial Kompleksin inşasında gəldikdə isə V. Hüseynov bildirir ki, hələki buna ehtiyac yoxdur: "Qubadakı kimi eyni ərazidən 100-dən artıq cəsəd çıxarılarsa, orada muzey yaratmaq olar. Amma çox təəssüf ki, bu gün İşğaldan azad olunan ərazilərin əksəriyyətində Birinci Qarabağ müharibəsinə aid insan cəsədləri aşkar olunur. Onlar da müxtəlif yerlərdədir. Hələ qazantılar davam edir. Ağdam ərazində tapılanların əksəriyyəti rayonun işğal dövrünə təsadüf edir. Orada 4 nəfərin cəsədi aşkar edilib. 5-ci insanın da sümüyü biraz şübhə yaradır. Onu da labarotoriyada araşdırılacaq. Hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərdik.
İyun ayının əvvəllərində isə Şuşa həbsxanası ərazisi yaxınlığında qazıntı işləri apararkən kütləvi məzarlıq aşkar edilib. Buradakı insan qalıqlarının həbsxanada saxlanılan azərbaycanlı əsirlərə aid olduğu bildirilir.
Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya institutunun elmi katibi və ekspedisiya rəisi Akif Quliyev deyib ki, insan qalıqları Şuşa həbsxanasında təsərrüfat işləri aparılarkən tapılıb:
"Bu qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə aid olduğunu ehtimal edirik. Hazırda 3-4 insan skeleti fraqmenti görünür. Yaxın zamanda burada tədqiqat aparılacaq. Bundan sonra burada nə qədər insan qalığı olduğunu dəqiq deyə bilərik"
Kütləvi məzarlıqların aşkar edildiyi ərazilərdə Memorial Kompleksin inşası barədə danışan ekspedisiya rəisi bildirir ki, ermənilərin törətdikləri vəhşiliklərin unudulmaması üçün həmin ərazilərdə xatirə lövhələrinin qoyulması vacibdir:
"Yəqin ki, məzarlıqlardan skletlər eksqumasiya (Meyitin qəbirdən çıxarılması) edildikdən sonra orada xatirə lövhələri qoyulacaq. Biz hazırda Şuşadayıq. İşlər davam edir. Qazıntı işləri aparıldıqca insan qalıqları tapılır. Biz də araşdırma aparırıq. Çox güman ki, bu işlər yekunlaşdıqdan sonra dövlət tərəfindən kütləvi məzarlıq aşkar edilən yerlərə məlumat lövhələri quraşdırılacaq".