https://sputnik.az/20230620/ozbekistan-2026-ci-ile-qeder-bu-avtomobillerin-idxalina-sifir-rusum-tetbiq-edecek-456079985.html
Özbəkistan 2026-cı ilə qədər bu avtomobillərin idxalına sıfır rüsum tətbiq edəcək
Özbəkistan 2026-cı ilə qədər bu avtomobillərin idxalına sıfır rüsum tətbiq edəcək
Sputnik Azərbaycan
Mühərrik silindrinin həcmi 1200 kubsantimetrdən çox olmayan yeni minik avtomobillərinin idxalı üçün 5% idxal rüsumu dərəcəsi müvəqqəti olaraq müəyyən edilir. 20.06.2023, Sputnik Azərbaycan
2023-06-20T22:13+0400
2023-06-20T22:13+0400
2023-06-20T22:13+0400
avtomobil
dünya xəbərləri
rüsum
mühərrik
özbəkistan
şavkat mirziyoyev
https://cdnn1.img.sputnik.az/img/42381/90/423819005_0:0:3072:1728_1920x0_80_0_0_9c5a7ab64fe102091f14cad23d9cb225.jpg
BAKI, 20 iyun — Sputnik. Özbəkistanda 2026-cı il yanvarın 1-dək kiçik mühərrikli avtomobillərin idxalına sıfır rüsum tətbiq ediləcək. Bu barədə çərşənbə axşamı Prezident Şavkat Mirziyoyevin müvafiq fərmanı dərc edilib. Son vaxtlara qədər Özbəkistanda avtonəqliyyat vasitələrinin idxalı zamanı avtomobilin dəyərinin 70%-dən 120%-dək idxal rüsumları və aksizlər tətbiq edilirdi. Nəticədə, UzAvto Motors-un məhsulları respublikanın avtomobil bazarında üstünlük təşkil etdi.Mirziyoyevin fərmanına əsasən, 2020-ci il avqustun 1-dən Özbəkistana yeni minik və yük avtomobillərinin, kommersiya nəqliyyat vasitələrinin idxalına tətbiq edilən aksiz vergisi ləğv edilib.Eyni zamanda, ölkəyə gətirilən və istehsal olunan avtomobil, traktor, xüsusi və yol texnikası üçün təkrar emal haqqı tətbiq edilib. 2022-ci ilin fevral ayında istehsal tarixi bir ildən az olan avtomobillər üçün idxal rüsumları mühərrik həcmindən asılı olaraq iki dəfə azaldılıb, 15% və 30% təşkil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42381/90/423819005_341:0:3072:2048_1920x0_80_0_0_9fe2c9f558e78ce3938d6fa84cb5664b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avtomobil, rüsum, mühərrik, özbəkistan, şavkat mirziyoyev
avtomobil, rüsum, mühərrik, özbəkistan, şavkat mirziyoyev
Özbəkistan 2026-cı ilə qədər bu avtomobillərin idxalına sıfır rüsum tətbiq edəcək
Mühərrik silindrinin həcmi 1200 kubsantimetrdən çox olmayan yeni minik avtomobillərinin idxalı üçün 5% idxal rüsumu dərəcəsi müvəqqəti olaraq müəyyən edilir.
BAKI, 20 iyun — Sputnik. Özbəkistanda 2026-cı il yanvarın 1-dək kiçik mühərrikli avtomobillərin idxalına sıfır rüsum tətbiq ediləcək. Bu barədə çərşənbə axşamı Prezident Şavkat Mirziyoyevin müvafiq fərmanı dərc edilib.
"2026-cı il yanvarın 1-dək mühərrikinin həcmi 1000 kubsantimetrdən çox olmayan yeni minik avtomobillərinin idxalına sıfır dərəcə rüsum tətbiq edilsin", – sənədin mətni milli qanunvericilik bazasının internet saytında dərc olunub. Əvvəllər bu sinfə aid avtomobillərin idxalı üçün hər kub santimetr üçün 5% + 0,6 dollar rüsum tətbiq edilirdi. Sənədə əsasən, mühərrik silindrinin həcmi 1200 kubsantimetrdən çox olmayan yeni minik avtomobillərinin idxalı üçün 5% idxal rüsumu dərəcəsi müvəqqəti olaraq müəyyən edilir. Bu dəyişikliklər istehsal olunmuş avtomobillərin Özbəkistanın gömrük sərhədindən keçirildiyi vaxtdan bir ildən gec olmayaraq idxalına şamil edilir. Bu tədbir daxili avtomobil nəqliyyatı bazarında rəqabət mühitinin daha da inkişaf etdirilməsi və əhalinin münasib qiymətə sərnişindaşıma vasitələri ilə təmin edilməsi məqsədilə həyata keçirilib", - sənəddə deyilir.
Son vaxtlara qədər Özbəkistanda avtonəqliyyat vasitələrinin idxalı zamanı avtomobilin dəyərinin 70%-dən 120%-dək idxal rüsumları və aksizlər tətbiq edilirdi. Nəticədə, UzAvto Motors-un məhsulları respublikanın avtomobil bazarında üstünlük təşkil etdi.
Mirziyoyevin fərmanına əsasən, 2020-ci il avqustun 1-dən Özbəkistana yeni minik və yük avtomobillərinin, kommersiya nəqliyyat vasitələrinin idxalına tətbiq edilən aksiz vergisi ləğv edilib.
Eyni zamanda, ölkəyə gətirilən və istehsal olunan avtomobil, traktor, xüsusi və yol texnikası üçün təkrar emal haqqı tətbiq edilib. 2022-ci ilin fevral ayında istehsal tarixi bir ildən az olan avtomobillər üçün idxal rüsumları mühərrik həcmindən asılı olaraq iki dəfə azaldılıb, 15% və 30% təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.