CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəhər və rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq

© AFP 2023 / DANIEL LEAL-OLIVASƏllərini yuyan uşaq
Əllərini yuyan uşaq - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.
BAKI, 20 iyun — Sputnik. Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.
Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat verir.
Məlumatda deyilir ki, Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0