Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda caz günləri başlayır

© pixabay / PexelsMikrofon
Mikrofon - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
Caz bayramının yekun konserti iyulun 7-də Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq.
BAKI, 20 iyun - Sputnik. İyulun 3-dən 7-dək Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək.
APA xəbər verir ki, Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən caz günləri bu il Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.
Artıq 5-ci dəfərdir ki, təşkil edilən festival qapalı məkanlarla yanaşı, açıq havada da keçirilir. Haqlı olaraq caz şəhəri sayılan Bakı da bu mənada istisna deyil. Konsertlərin bəziləri şəhərin açıq meydançalarında təşkil edilərək geniş auditoriya üçün əlçatan olur. Bu isə festivalın əsas məqsədinə - caz musiqisini daha geniş auditoriyaya təbliğ etməyə xidmət edir.
Digər illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı tamaşaçıları müxtəlif ölkələrdən gələn musiqiçilərin ifaları ilə sevindirəcək.
Festivalın açılışında – iyulun 3-də Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan caz vokalçısı Meltem Ege ilə çıxış edəcək. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşaiyət edəcək. Bu dəfə orkestr fərqli ampluada təqdim edilərək klassika və cazın bir-birinə uyğun janrlar olduğunu sübut edəcək.
Elə həmin gün festivalın əsas konsertlərindən biri baş tutacaq. Heydər Əliyev Mərkəzində pianoçu Elçin Şirinovun israilli həmkarları ilə çıxışı olacaq. Elçin Şirinov 4 il ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. İndi isə o, israilli musiqiçilərlə yeni layihə üzərində işləyir və onun doğma şəhərində nümayişini səbirsizliklə gözləyir.
© Sputnik / Murad OrujovHeydər Əliyev Mərkəzi
Здание Центра Гейдара Алиева в Баку - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Heydər Əliyev Mərkəzi
Festivalın ulduzu və cazsevərlər üçün əsl hədiyyə isə musiqinin bu janrının korifeyi Kuinsi Consun komandasından olan, Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigezin trio ilə dünya turnesi çərçivəsində Bakıya gəlişi olacaq. Onların çıxışları festivalın ikinci gününə - iyulun 4-nə təsadüf edir. Konsert Heydər Əliyev Mərkəzinin Auditorium zalında baş tutacaq.
Gürcüstanı Bakı caz günlərində pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze təmsil edəcək. İyulun 5-də o, Heydər Əliyev Mərkəzinin parkında Fransadan olan musiqiçilər Francois MoutinRafael Pannierlə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək.
Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq. İlk dəfə 2019-cu ildə Bakıya gələn kollektiv o vaxtdan auditoriyamızın rəğbətini qazanıb və bu dəfə də yaradıcılığı ilə dinləyicilərini sevindirəcək. Konsert Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq. Park ərazisindəki konsertlərə giriş sərbəstdir.
Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0