Azərbaycanda son 30 ildə mina qurbanlarının sayı açıqlanıb

© Sputnik / Mediabanka keçidQarabağda yolda tank əleyhinə mina, arxiv şəkli
Qarabağda  yolda tank əleyhinə mina, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
Mina qurbanlarına dəstəyin artırılmasına və beynəlxalq mina təmizləmə standartlarının təşviqinə diqqət yetirilir.
BAKI, 20 iyun — Sputnik. Azərbaycanda son 30 ildə təxminən 3350 nəfər minaların qurbanı olub. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.
Bildirilib ki, BQXK Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), ANAMA Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatı ilə birlikdə mina qurbanlarına dəstəyin artırılmasına və beynəlxalq mina təmizləmə standartlarının təşviqinə diqqət yetirir.
İyunun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 12, tank əleyhinə 18 mina və 151 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 156 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0