https://sputnik.az/20230620/azerbaycan-ermenistan-serhedinde-gerginlik-niye-artir-456058734.html
Azərbaycan-Ermənistan sərhədində gərginlik niyə artır?
Azərbaycan-Ermənistan sərhədində gərginlik niyə artır?
Sputnik Azərbaycan
Millət vəkili qeyd edib ki, Laçında Azərbaycanın nəzarət buraxılış məntəqəsi quraşdırması 30 il ərzindəki durumu tam əksinə çevirmiş zirvə nöqtəsi idi. 20.06.2023, Sputnik Azərbaycan
2023-06-20T09:31+0400
2023-06-20T09:31+0400
2023-06-20T09:31+0400
sərhəd
təhlil
qərb
ermənistan
azərbaycan
zəngəzur
zavod
laçın
zahid oruc
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0f/455949440_0:31:587:361_1920x0_80_0_0_57a0e9123921d3a9c950e2d3c9a9c6d0.jpg
BAKI, 20 iyun — Sputnik. Ermənistan ordusunun sərhədə cəmləşməsi və 1 nömrəli hazırlıq səviyyəsi elan edilməsi ilə bağlı informasiyalar yayılır. Bildirilir ki, Azərbaycanla sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Sputnik Azərbaycan Azərbaycan-Ermənistan sərhədində cərəyan edən son proseslərlə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun fikirlərini öyrənib. Bu gün Ermənistan yenə özgə qapılarında şikayətlənməklə məşğuldur Hərbi ekspert bildirib ki, Ermənistan növbəti təxribatlarını həyata keçirmək üçün sərhədə qoşun toplayıb. Onun sözlərinə görə, Ermənistanın mövcud hərbi potensialı ilə Azərbaycana güc nümayiş etdirməsi və yaxud bundan istifadə edərək nəyəsə nail olması qeyri-mümkündür: "İki ordunun potensialı arasında müqayisə olunmaz dərəcədə fərqlər mövcuddur. Azərbaycan ordusu hər keçən gün döyüş qabiliyyətini artırır, beynəlxalq hərbi təlimlərin iştirakçısı olur. Ancaq Ermənistan ordusunun vəziyyəti acınacaqlıdır. Bu ölkənin ordusu 44 günlük müharibədə aldığı zərbədən hələ özünə gələ bilməyib. Faktiki olaraq, Vətən müharibəsində Ermənistan ordusunun əhəmiyyətli hissəsi sıradan çıxarılıb. Bu gün Ermənistan yenə özgə qapılarında şikayətlənməklə məşğuldur. Gah deyirlər ki, Rusiyaya pul ödəsək də silahları ala bilmirik, gah da Hindistandan hərbi texnika alaraq hərbi potensiallarını bərpa etmək istəyirlər. Bu gün Azərbaycan Ordusunun arsenalında olan silahlar ən yüksək texnologiyaların daşıyıcısıdır". Sərhədə qoşun toplaması sülhə yox, mövcud problemləri daha da dərinləşdirməyə hesablanıb Üzeyir Cəfərov qeyd edib ki, Ermənistanın sərhədə qoşun toplaması sülhə yox, mövcud problemləri daha da dərinləşdirməyə hesablanıb. Ehtiyatda olan polkovnikin sözlərinə görə, bu gün Ermənistan hökuməti ordu üzərində nəzarəti təmin edə bilmir: "Bu dəqiq faktdır ki, Ermənistanın daxilində Baş nazir Nikol Paşinyana tabe olmayan generallar var. Bu generallar təlimatları xarici dairələrdən alırlar. Bu baxımdan erməni generaliteti baş verən təxribatları daxili təzyiq vasitəsi kimi, bəzən də Azərbaycanla sərhəddə müəyyən problem yaratmaq üçün istifadə etməyə cəhd edir". Azərbaycana qarşı hərbi vasitədən istifadə etmək Ermənistan üçün təhlükəlidir "Məsələ burasındadır ki, Ermənistanın Azərbaycana qarşı hərbi vasitədən istifadə etməsi bu ölkənin özü üçün təhlükəlidir. Çünki hər dəfə təxribat törədən Ermənistan ordusuna Azərbaycanın cavabı daha sərt olur. Diqqət edilməli məqam odur ki, danışıqlar prosesi intensivləşən kimi təxribatlar artır. Masada bir cür danışan Ermənistan hakimiyyəti təxribatları prosesi pozmaq üçün vasitə kimi istifadə etməyə cəhd edir. Amma Azərbaycan tərəfinin aydın sülh gündəliyi var və belə təxribatların qarşısını almaqla yanaşı, sülh prosesinin davam etdirilməsində qərarlıdır. Ona görə də, həm Naxçıvan, həm də dövlət sərhədi istiqamətində atəşkəsin pozulması, törədilən təxribatlar davam edən prosesi pozmaq və Azərbaycana qarşı fikir formalaşdırmaq cəhdidir", - deyə hərbi ekspert fikirlərini yekunlaşdırıb. Qərb danışıqlarda təşəbbüsü ələ alaraq Rusiyanı prosesdən kənarda saxlamaq istəyir Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Brüssel danışıqlarından sonra Moskvada keçirilən danışıqlarda daha konkret nəticələrin əldə olunması üçün addımlar atıldı: "Bu məqamda aydın olurdu ki, sülh müqaviləsinin hansı paytaxda imzalanması məsələsi regional və beynəlxalq münaqişə kimi özünü məhz indi göstərəcək. Yəni, bu prosesdə maraqlı tərəflər danışıqların gedişinə müəyyən dövr ərzində dözüm göstərə bilərlər. Burada Qərb danışıqlarda təşəbbüsü ələ alaraq Rusiyanı prosesdən kənarda saxlamaq istəyir. Həmçinin başa düşüləndir ki, Moskva da prosesə fərqli prizmadan baxır. Çünki Vətən müharibəsindən sonra Rusiya bölgədə hərbi mövcudluğunu reallaşdırıb. Üç ildir davam edən missiyasını balanslı yerinə yetirməyə çalışır. Görünən budur ki, Rusiya Qarabağda xüsusi partlayışlar, müharibənin geniş miqyas alması, partizan savaşı və terroru stimullaşdırmır və onu təşviq etmir". Ermənistan ordusu daxilindəki qüvvələr ordu üzərindən təxribatlara əl atdılar Millət vəkili qeyd edib ki, Laçında Azərbaycanın nəzarət buraxılış məntəqəsi quraşdırması 30 il ərzindəki durumu tam əksinə çevirmiş zirvə nöqtəsi idi: "Bu, Azərbaycanın suverenliyinin istehkamı, sərhəd divarı, sərhəd xətti idi. Gözlənilirdi ki, Ermənistan cəmiyyəti buna dözümsüzlük nümayiş etdirəcək, yüzminlərlə erməni Paşinyan hakimiyyəti əleyhinə qalxacaq, ancaq bir çoxlarının xəyal etdiyi bu şey baş vermədi. Amma məlum oldu ki, Ermənistan ordusu daxilində keçmiş hakimiyyətlərə, bu və ya digər şəkildə erməni lobbisinə bağlı olan qüvvələr ordu üzərindən təxribatlara əl atdılar". Onlar istəyirlər ki, Rusiya formatında danışıqlar nəticə verməsin, Qərbin hərbi qüvvələri bölgəyə gəlsin "ABŞ-a bağlı şirkətin gəlib məhz Zəngəzurda zavod tikmək niyyətinə Azərbaycanın reaksiya verməsi təhlükə kimi xarakterizə edildi. Ermənistan tərəfi prosesi istədiyi kimi yönəltmək üçün hər vasitəyə əl atır. Onlar gah diplomatik korpus nümayəndələrini həmin tikinti ərazisinə gətirdilər, sonra isə təhlükə varmış kimi oranı təcili tərk etdilər. Ermənistan tərəfi bütün sərhədboyu savaş getməsi mənzərəsini göstərməyə çalışır. Ona görə də Erməni tərəfindən atılan addımları bir neçə istiqamətdə qiymətləndirməyin tərəfdarıyıq. İlk növbədə onlar istəyirlər ki, Rusiya formatında danışıqlar nəticə verməsin, Qərbin hərbi qüvvələri bölgəyə gəlsin. Proses həmin ssenariyə uyğun olaraq gedir," – o qeyd edib. Zahid Orucun sözlərinə görə, Ermənistanın məhdud imkanlar şəraitində dövlət büdcəsini Azərbaycanla silahlanma yarışına sərf etməsi bu ölkənin lap əvvəldən məğlubiyyəti deməkdir: "Ermənistanın Azərbaycanı təxribatçı kimi göstərib, sülh prosesindən yayınmaq ssenarisinə uyğun fəaliyyəti nəticəsiz qalacaq. Azərbaycan Ermənistan daxilində hərbi əməliyyatlar keçirmək kimi dövlət kursu seçməyib və bunu qarşısına məqsəd qoymayıb. Hesab edirəm ki, genişmiqyaslı müharibə üçün Ermənistanın nə insani, həm hərbi resursu yoxdur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0f/455949440_33:0:554:391_1920x0_80_0_0_a98ab73d4ffe4f325fcf6bda76e838bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sərhəd, qərb, ermənistan, azərbaycan, zəngəzur, zavod, laçın, zahid oruc
sərhəd, qərb, ermənistan, azərbaycan, zəngəzur, zavod, laçın, zahid oruc
Azərbaycan-Ermənistan sərhədində gərginlik niyə artır?
Millət vəkili qeyd edib ki, Laçında Azərbaycanın nəzarət buraxılış məntəqəsi quraşdırması 30 il ərzindəki durumu tam əksinə çevirmiş zirvə nöqtəsi idi.
BAKI, 20 iyun — Sputnik. Ermənistan ordusunun sərhədə cəmləşməsi və 1 nömrəli hazırlıq səviyyəsi elan edilməsi ilə bağlı informasiyalar yayılır.
Bildirilir ki, Azərbaycanla sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Sputnik Azərbaycan Azərbaycan-Ermənistan sərhədində cərəyan edən son proseslərlə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun fikirlərini öyrənib.
Bu gün Ermənistan yenə özgə qapılarında şikayətlənməklə məşğuldur
Hərbi ekspert bildirib ki, Ermənistan növbəti təxribatlarını həyata keçirmək üçün sərhədə qoşun toplayıb.
Onun sözlərinə görə, Ermənistanın mövcud hərbi potensialı ilə Azərbaycana güc nümayiş etdirməsi və yaxud bundan istifadə edərək nəyəsə nail olması qeyri-mümkündür: "İki ordunun potensialı arasında müqayisə olunmaz dərəcədə fərqlər mövcuddur. Azərbaycan ordusu hər keçən gün döyüş qabiliyyətini artırır, beynəlxalq hərbi təlimlərin iştirakçısı olur. Ancaq Ermənistan ordusunun vəziyyəti acınacaqlıdır. Bu ölkənin ordusu 44 günlük müharibədə aldığı zərbədən hələ özünə gələ bilməyib. Faktiki olaraq, Vətən müharibəsində Ermənistan ordusunun əhəmiyyətli hissəsi sıradan çıxarılıb. Bu gün Ermənistan yenə özgə qapılarında şikayətlənməklə məşğuldur. Gah deyirlər ki, Rusiyaya pul ödəsək də silahları ala bilmirik, gah da Hindistandan hərbi texnika alaraq hərbi potensiallarını bərpa etmək istəyirlər. Bu gün Azərbaycan Ordusunun arsenalında olan silahlar ən yüksək texnologiyaların daşıyıcısıdır".
Sərhədə qoşun toplaması sülhə yox, mövcud problemləri daha da dərinləşdirməyə hesablanıb
Üzeyir Cəfərov qeyd edib ki, Ermənistanın sərhədə qoşun toplaması sülhə yox, mövcud problemləri daha da dərinləşdirməyə hesablanıb.
Ehtiyatda olan polkovnikin sözlərinə görə, bu gün Ermənistan hökuməti ordu üzərində nəzarəti təmin edə bilmir: "Bu dəqiq faktdır ki, Ermənistanın daxilində Baş nazir Nikol Paşinyana tabe olmayan generallar var. Bu generallar təlimatları xarici dairələrdən alırlar. Bu baxımdan erməni generaliteti baş verən təxribatları daxili təzyiq vasitəsi kimi, bəzən də Azərbaycanla sərhəddə müəyyən problem yaratmaq üçün istifadə etməyə cəhd edir".
Azərbaycana qarşı hərbi vasitədən istifadə etmək Ermənistan üçün təhlükəlidir
"Məsələ burasındadır ki, Ermənistanın Azərbaycana qarşı hərbi vasitədən istifadə etməsi bu ölkənin özü üçün təhlükəlidir. Çünki hər dəfə təxribat törədən Ermənistan ordusuna Azərbaycanın cavabı daha sərt olur. Diqqət edilməli məqam odur ki, danışıqlar prosesi intensivləşən kimi təxribatlar artır. Masada bir cür danışan Ermənistan hakimiyyəti təxribatları prosesi pozmaq üçün vasitə kimi istifadə etməyə cəhd edir. Amma Azərbaycan tərəfinin aydın sülh gündəliyi var və belə təxribatların qarşısını almaqla yanaşı, sülh prosesinin davam etdirilməsində qərarlıdır. Ona görə də, həm Naxçıvan, həm də dövlət sərhədi istiqamətində atəşkəsin pozulması, törədilən təxribatlar davam edən prosesi pozmaq və Azərbaycana qarşı fikir formalaşdırmaq cəhdidir", - deyə hərbi ekspert fikirlərini yekunlaşdırıb.
Qərb danışıqlarda təşəbbüsü ələ alaraq Rusiyanı prosesdən kənarda saxlamaq istəyir
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Brüssel danışıqlarından sonra Moskvada keçirilən danışıqlarda daha konkret nəticələrin əldə olunması üçün addımlar atıldı: "Bu məqamda aydın olurdu ki, sülh müqaviləsinin hansı paytaxda imzalanması məsələsi regional və beynəlxalq münaqişə kimi özünü məhz indi göstərəcək. Yəni, bu prosesdə maraqlı tərəflər danışıqların gedişinə müəyyən dövr ərzində dözüm göstərə bilərlər. Burada Qərb danışıqlarda təşəbbüsü ələ alaraq Rusiyanı prosesdən kənarda saxlamaq istəyir. Həmçinin başa düşüləndir ki, Moskva da prosesə fərqli prizmadan baxır. Çünki Vətən müharibəsindən sonra Rusiya bölgədə hərbi mövcudluğunu reallaşdırıb. Üç ildir davam edən missiyasını balanslı yerinə yetirməyə çalışır. Görünən budur ki, Rusiya Qarabağda xüsusi partlayışlar, müharibənin geniş miqyas alması, partizan savaşı və terroru stimullaşdırmır və onu təşviq etmir".
Ermənistan ordusu daxilindəki qüvvələr ordu üzərindən təxribatlara əl atdılar
Millət vəkili qeyd edib ki, Laçında Azərbaycanın nəzarət buraxılış məntəqəsi quraşdırması 30 il ərzindəki durumu tam əksinə çevirmiş zirvə nöqtəsi idi: "Bu, Azərbaycanın suverenliyinin istehkamı, sərhəd divarı, sərhəd xətti idi. Gözlənilirdi ki, Ermənistan cəmiyyəti buna dözümsüzlük nümayiş etdirəcək, yüzminlərlə erməni Paşinyan hakimiyyəti əleyhinə qalxacaq, ancaq bir çoxlarının xəyal etdiyi bu şey baş vermədi. Amma məlum oldu ki, Ermənistan ordusu daxilində keçmiş hakimiyyətlərə, bu və ya digər şəkildə erməni lobbisinə bağlı olan qüvvələr ordu üzərindən təxribatlara əl atdılar".
Onlar istəyirlər ki, Rusiya formatında danışıqlar nəticə verməsin, Qərbin hərbi qüvvələri bölgəyə gəlsin
"ABŞ-a bağlı şirkətin gəlib məhz Zəngəzurda zavod tikmək niyyətinə Azərbaycanın reaksiya verməsi təhlükə kimi xarakterizə edildi. Ermənistan tərəfi prosesi istədiyi kimi yönəltmək üçün hər vasitəyə əl atır. Onlar gah diplomatik korpus nümayəndələrini həmin tikinti ərazisinə gətirdilər, sonra isə təhlükə varmış kimi oranı təcili tərk etdilər. Ermənistan tərəfi bütün sərhədboyu savaş getməsi mənzərəsini göstərməyə çalışır. Ona görə də Erməni tərəfindən atılan addımları bir neçə istiqamətdə qiymətləndirməyin tərəfdarıyıq. İlk növbədə onlar istəyirlər ki, Rusiya formatında danışıqlar nəticə verməsin, Qərbin hərbi qüvvələri bölgəyə gəlsin. Proses həmin ssenariyə uyğun olaraq gedir," – o qeyd edib.
Zahid Orucun sözlərinə görə, Ermənistanın məhdud imkanlar şəraitində dövlət büdcəsini Azərbaycanla silahlanma yarışına sərf etməsi bu ölkənin lap əvvəldən məğlubiyyəti deməkdir: "Ermənistanın Azərbaycanı təxribatçı kimi göstərib, sülh prosesindən yayınmaq ssenarisinə uyğun fəaliyyəti nəticəsiz qalacaq. Azərbaycan Ermənistan daxilində hərbi əməliyyatlar keçirmək kimi dövlət kursu seçməyib və bunu qarşısına məqsəd qoymayıb. Hesab edirəm ki, genişmiqyaslı müharibə üçün Ermənistanın nə insani, həm hərbi resursu yoxdur".