DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna artıq suveren dövlət deyil - politoloq

© AFP 2024 / GENYA SAVILOVKiyevə mənzərə
Kiyevə mənzərə - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
Almaniyalı politoloq Kristof Herstel bildirib ki, amerikalılar Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqlarına getməsinə imkan verməyəcəklər.
BAKI, 19 iyun — Sputnik. Ukrayna yüz faiz kollektiv Qərbdən asılıdır və artıq suveren dövlət deyil. Bunu almaniyalı politoloq Kristof Herstel REN TV-yə müsahibəsində deyib.
“Kiyev yüz faiz Qərbdən asılıdır. Bu, suveren ölkə, hökumət deyil və Ukraynanın maraqlarından çıxış etmir”, - ekspert vurğulayıb.
Onun sözlərinə görə, amerikalılar son ukraynalıya qədər döyüşməyə hazır olduqlarını bəyan edərək kinli mövqe nümayiş etdiriblər və Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqlarına getməsinə imkan verməyəcəklər.
Herstel əlavə edib ki, Vaşinqton Kiyevin Qərbdən asılılığını gizlətmir. Amerikalı generallar deyirlər ki, Ukrayna hakimiyyəti onların siyasətinə əməl edir, hərbçilər isə ölkənin Silahlı Qüvvələrinin bütün döyüşlərini təfərrüatı ilə planlaşdırırlar.
Politoloq xatırladıb ki, ukraynalılar münaqişə zamanı məhv edilən Qərb silahlarından və döyüş əməliyyatları üçün SpaceX-in peyklərindən istifadə edirlər.
Ekspertin fikrincə, Zelenski istər Afrika nümayəndə heyətinin, istərsə də başqalarının təkliflərini rədd edib, ona görə də Ukraynanın hücumu davam edəcək.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Kiyevin 2014-cü ildə başlatdığı müharibəni dayandırmağa çalışır və hazırda faktiki olaraq kollektiv Qərbə qarşı döyüşür. Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Ukraynanın suverenliyi yoxdur, ona görə də onun hər hansı suveren mövqe bəyan etməyə nə iradəsi, nə istəyi, nə də imkanı var. O vurğulayıb ki, qərarlar Vaşinqtondan Kiyevə diktə olunur.
Xəbər lenti
0