DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Serbiya beynəlxalq ictimaiyyəti məlumatlandırmağı dayandıra bilər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidSerbiya bayrağı
Serbiya bayrağı - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
Serbiyadakı vəziyyət və Vuçiçin qərarları ilə bağlı digər təfərrüatlar məlum deyil.
BAKI, 19 iyun — Sputnik. Serbiya döyüşə hazırlıq statusunun dəyişməsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmağı dayandıracaq.
Bu barədə Serbiya prezidenti Aleksandar Vuçiçin xalqa müraciətində məlumat verilib.
"Biz NATO istisna olmaqla, döyüş hazırlığımızın dərəcəsinin artırılması və ya azalması ilə bağlı heç kimə məlumat verməyəcəyik", - Vuçiç vurğulayıb.
Serbiya dövlət başçısı əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə əsasən öhdəliklərin mövcudluğuna görə, yalnız Şimali Atlantika Alyansı aktual məlumatlarla təmin olunacaq.
Serbiyadakı vəziyyət və Vuçiçin qərarları ilə bağlı digər təfərrüatlar məlum deyil.
Xəbər lenti
0