https://sputnik.az/20230619/sahdag-turizm-merkezinin-zereri-oten-il-artib---hesabat-456037427.html
"Şahdağ Turizm Mərkəzi"nin zərəri ötən il artıb - Hesabat
"Şahdağ Turizm Mərkəzi"nin zərəri ötən il artıb - Hesabat
Sputnik Azərbaycan
2023-cü il yanvar ayının 1-nə turizm mərkəzinin cəmi kapitalı 300 milyon 329.7 min manat təşkil edib ki, bu da illik müqayisədə 2.8% və ya 8 milyon 687,5 min... 19.06.2023, Sputnik Azərbaycan
2023-06-19T20:00+0400
2023-06-19T20:00+0400
2023-06-19T20:00+0400
şahdağ
cəmiyyət
zərər
şahdağ qış-yay turizm kompleksi
turizm
mərkəz
https://cdnn1.img.sputnik.az/img/40824/16/408241653_0:77:2001:1202_1920x0_80_0_0_383c5c42998f9895a0d7486c8e32a627.jpg
BAKI, 19 iyun — Sputnik. "Şahdağ Turizm Mərkəzi" QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb. 2022-ci ildə "Şahdağ Turizm Mərkəzi" 8 milyon 687,5 min manat xalis zərər edib. 2021-ci ildə şirkət 6 milyon 343.6 min manat xalis zərər açıqlamışdı. Hesabat dövründə şirkətin birja əməliyyatlarından gəlirləri 56.3% artaraq 9 milyon 607,9 min manat, qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 13.6% azalaraq 12 milyon 77 min manat, sair gəlirləri isə 38.5% azalaraq 783.9 min manat təşkil edib. Eyni dövrdə satışın maya dəyəri 17% artaraq 12 milyon 44 min manata, inzibati xərclər 11.2% artaraq 16 milyon 299,3 min manata, maliyyə xərcləri isə 8.2 dəfə artaraq 153.3 min manata bərabər olub. Beləliklə xərcləri gəlirlərini üstələyən turizm mərkəzi 8 milyon 687,5 min manat əməliyyat zərəri ilə üzləşib. 2022-ci ildə "Şahdağ Turizm Mərkəzi"nin cəmi aktivləri 3.2% azalaraq 302 milyon 203.7 min manat, cəmi öhdəlikləri isə 37.3% azalaraq 1 milyon 874 min manat olub. 2023-cü il yanvar ayının 1-nə turizm mərkəzinin cəmi kapitalı 300 milyon 329.7 min manat təşkil edib ki, bu da illik müqayisədə 2.8% və ya 8 milyon 687,5 min manat azdır. Qeyd edək ki, 397 milyon 506,5 min manat nizamnamə kapitalına malik olan turizm mərkəzinin yığılmış zərəri 97 milyon 176.8 min manata yüksəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40824/16/408241653_146:0:1853:1280_1920x0_80_0_0_7eb8a82cc82d6d3d514ef708767afa34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahdağ, zərər, şahdağ qış-yay turizm kompleksi, turizm, mərkəz
şahdağ, zərər, şahdağ qış-yay turizm kompleksi, turizm, mərkəz
"Şahdağ Turizm Mərkəzi"nin zərəri ötən il artıb - Hesabat
2023-cü il yanvar ayının 1-nə turizm mərkəzinin cəmi kapitalı 300 milyon 329.7 min manat təşkil edib ki, bu da illik müqayisədə 2.8% və ya 8 milyon 687,5 min manat azdır
BAKI, 19 iyun — Sputnik. "Şahdağ Turizm Mərkəzi" QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
2022-ci ildə "Şahdağ Turizm Mərkəzi" 8 milyon 687,5 min manat xalis zərər edib. 2021-ci ildə şirkət 6 milyon 343.6 min manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə şirkətin birja əməliyyatlarından gəlirləri 56.3% artaraq 9 milyon 607,9 min manat, qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 13.6% azalaraq 12 milyon 77 min manat, sair gəlirləri isə 38.5% azalaraq 783.9 min manat təşkil edib. Eyni dövrdə satışın maya dəyəri 17% artaraq 12 milyon 44 min manata, inzibati xərclər 11.2% artaraq 16 milyon 299,3 min manata, maliyyə xərcləri isə 8.2 dəfə artaraq 153.3 min manata bərabər olub. Beləliklə xərcləri gəlirlərini üstələyən turizm mərkəzi 8 milyon 687,5 min manat əməliyyat zərəri ilə üzləşib.
2022-ci ildə "Şahdağ Turizm Mərkəzi"nin cəmi aktivləri 3.2% azalaraq 302 milyon 203.7 min manat, cəmi öhdəlikləri isə 37.3% azalaraq 1 milyon 874 min manat olub.
2023-cü il yanvar ayının 1-nə turizm mərkəzinin cəmi kapitalı 300 milyon 329.7 min manat təşkil edib ki, bu da illik müqayisədə 2.8% və ya 8 milyon 687,5 min manat azdır.
Qeyd edək ki, 397 milyon 506,5 min manat nizamnamə kapitalına malik olan turizm mərkəzinin yığılmış zərəri 97 milyon 176.8 min manata yüksəlib.