Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Sabah 28 min müəllim sertifikasiya imtahanı verəcək

© Sputnik / Ilham MustafayevQazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova
Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
Təhsil İnstitutunun direktoru bildirib ki, yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək. Onlara göndərilən dəvətlər ləğv olunub
BAKI, 19 iyun — Sputnik. Sabah 28 min müəllim sertifikasiya imtahanı verəcək. Bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.
Onun sözlərinə görə, onlardan 8500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19500 nəfəri isə ibtidai sinif müəllimləridir.
Direktor bildirib ki, sabah gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək.
R.Əzizov söyləyib ki, yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək. Onlara göndərilən dəvətlər ləğv olunub.
Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.
Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, buna müvafiq olaraq həmin təhsilverənlərin iyunun 20-dən 24-dək keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur.
Qeyd edək ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.
Xəbər lenti
0