https://sputnik.az/20230619/revan-ve-baki-xeritelerle-bagli-raziliga-gelmeyib---ermenistan-xn-456046361.html
İrəvan və Bakı xəritələrlə bağlı razılığa gəlməyib - Ermənistan XİN
İrəvan və Bakı xəritələrlə bağlı razılığa gəlməyib - Ermənistan XİN
Sputnik Azərbaycan
Hazırda hansı xəritə əsasında delimitasiya və demarkasiya prosesinin getməsi barədə razılıq yoxdur. 19.06.2023, Sputnik Azərbaycan
2023-06-19T15:55+0400
2023-06-19T15:55+0400
2023-06-19T15:55+0400
ermənistan xin
azərbaycan-ermənistan sərhədində vəziyyət
xəritə
razılıq
qarabağ
https://cdnn1.img.sputnik.az/img/42182/74/421827485_0:160:3073:1888_1920x0_80_0_0_aee0e138bae1ff8944ae815f0e47f5bb.jpg
BAKI, 19 iyun — Sputnik. Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması üçün hələ də bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyası xəritələri barədə razılığa gəlməyiblər. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan parlamentdə keçirdiyi brifinqdə deyib. "Təəssüf ki, hazırda hansı xəritə əsasında delimitasiya və demarkasiya prosesinin getməsi barədə razılıq yoxdur", - deyə Kostanyan bildirib. Həmçinin Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi və hüquqlarının təminatı, Xankəndi və Bakı arasında dialoqla bağlı konsensus yoxdur. Nazir müavini tərəflərin mövqelərinin bir-birindən kifayət qədər uzaq olduğunu, lakin işin davam etdiyini bildirib. Onun fikrincə, Azərbaycanın Ermənistanla sərhədində və Qarabağda müşahidə olunan gərginliyin artması regionda sülh və sabitliyin bərqərar olmasına mane olur. Bölgədə kommunikasiyaların açılması mövzusuna toxunan Kostanyan vurğulayıb ki, marşrutların açılması müstəsna olaraq tərəflərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42182/74/421827485_170:0:2901:2048_1920x0_80_0_0_8db405c0f2ba9b4a9a83272d8cf3f08c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan xin, xəritə, razılıq, qarabağ
ermənistan xin, xəritə, razılıq, qarabağ
İrəvan və Bakı xəritələrlə bağlı razılığa gəlməyib - Ermənistan XİN
Hazırda hansı xəritə əsasında delimitasiya və demarkasiya prosesinin getməsi barədə razılıq yoxdur.
BAKI, 19 iyun — Sputnik. Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması üçün hələ də bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyası xəritələri barədə razılığa gəlməyiblər. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan parlamentdə keçirdiyi brifinqdə deyib.
"Təəssüf ki, hazırda hansı xəritə əsasında delimitasiya və demarkasiya prosesinin getməsi barədə razılıq yoxdur", - deyə Kostanyan bildirib.
Həmçinin Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi və hüquqlarının təminatı, Xankəndi və Bakı arasında dialoqla bağlı konsensus yoxdur. Nazir müavini tərəflərin mövqelərinin bir-birindən kifayət qədər uzaq olduğunu, lakin işin davam etdiyini bildirib.
Onun fikrincə, Azərbaycanın Ermənistanla sərhədində və Qarabağda müşahidə olunan gərginliyin artması regionda sülh və sabitliyin bərqərar olmasına mane olur.
Bölgədə kommunikasiyaların açılması mövzusuna toxunan Kostanyan vurğulayıb ki, marşrutların açılması müstəsna olaraq tərəflərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır.