CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən il boşanan uşaqlı ailələrin sayı açıqlanıb

© Photo : PUBLIC DOMAINфото
фото  - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
Ötən il qeydə alınmış boşanmalardan 9562-i 18 yaşadək uşaqları olan ailələr arasında qeydə alınıb
BAKI, 19 iyun - Sputnik. 2022-ci ildə 15 983 boşanma qeydə alınıb ki, onlardan 6421-i uşaqsız ailə olub.
Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, ötən il qeydə alınmış boşanmalardan 9562-i 18 yaşadək uşaqları olan ailələr arasında qeydə alınıb:
“Onlardan 4 154 ailə 1 uşaqlı, 5 408 ailə isə 2 və daha çox uşaqlı olub ki, onlarda uşaqların sayı 12 180 olub”.
Ötən il qızlar və oğlanlar arasında yaş qruplarına görə nikahların statistikası da açıqlanıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ildə 61939 nikah qeydə alınıb. Nikaha daxil olan qızlardan 270-i 17 yaşında olub. Bildirilib ki, 17 yaşda kişilər arasında nikah qeydə alınmayıb.
Qadınlar arasında ən çox nikaha daxilolma yaşı 20-24 yaş, kişilər arasında isə 25-29 yaş olub:
“18-19 yaşda 13 594 qadın, 269 kişi, 20-24 yaşda 24 326 qadın, 10 800 kişi; 25-29 yaşda 12 669 qadın, 27 146 kişi; 30-34 yaşda 5 080 qadın, 14 356 kişi; 35-39 yaşda 2 620 qadın, 4 316 kişi; 40-44 yaşda 1 371 qadın, 1 879 kişi; 45-49 yaşda 832 qadın, 1 049 kişi; 50-54 yaşda 532 qadın, 757 kişi; 55-59 yaşda 339 qadın, 529 kişi; 60 və yuxarı yaşda 306 qadın, 838 kişi nikaha daxil olub”.
Xəbər lenti
0