https://sputnik.az/20230619/ngiltere-iqtisadiyyati-ucun-riskler-barede-xeberdarliq-edildi-456030258.html
İngiltərə iqtisadiyyatı üçün risklər barədə xəbərdarlıq edildi
İngiltərə iqtisadiyyatı üçün risklər barədə xəbərdarlıq edildi
Sputnik Azərbaycan
İqtisadçıların fikrincə, hazırda uçot dərəcəsinin illik 6%-ə yüksəldilməsi ssenarisi olduqca mümkündür. 19.06.2023, Sputnik Azərbaycan
2023-06-19T11:24+0400
2023-06-19T11:24+0400
2023-06-19T11:25+0400
ingiltərə
iqtisadiyyat
xəbərdarlıq
uçot dərəcəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441255456_0:117:2461:1501_1920x0_80_0_0_01bd571d83e9dd24df0379949e465087.jpg
BAKI, 19 iyun — Sputnik. İngiltərə Bankının monetar siyasətinin sərtləşdirilməsi, əsas faiz dərəcəsinin illik 6%-ə yüksəldilməsi Böyük Britaniya iqtisadiyyatı üçün mənfi nəticələrə gətirib çıxaracaq. "Bloomberg" proqnozlara istinadən xəbər verir ki, söhbət krallıqdakı müəssisə və şirkətlərin işçilərinin kütləvi ixtisar riskindən gedir. İqtisadçıların fikrincə, hazırda uçot dərəcəsinin illik 6%-ə yüksəldilməsi ssenarisi olduqca mümkündür. Bu ssenaridə, Britaniya ev təsərrüfatları ipoteka kreditlərinin artan xərcləri fonunda maliyyə yükünün artması ilə qarşılaşacaq. Büdcələri artıq kredit borclarının ödənilməməsinin sürətlə artması ilə üzləşən kiçik firmalar da qurban ola bilər. Mayın 27-də "The Independent" qəzeti London İqtisadiyyat Məktəbinin (LSE) analitiklərinin araşdırmasının nəticələrinə istinadən yazıb ki, Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra krallıqda ərzaq qiymətləri bütün zamanların ən yüksək həddinə yaxınlaşıb. Böhran fonunda xərclər orta hesabla 25% artıb. Eyni zamanda bürokratik məhdudiyyətlər nəticəsində dəyən ümumi zərər 6,95 milyard funt sterlinq təşkil edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441255456_460:0:2461:1501_1920x0_80_0_0_3800fa14675a9938332c9b9c12449e04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ingiltərə, xəbərdarlıq, uçot dərəcəsi
ingiltərə, xəbərdarlıq, uçot dərəcəsi
İngiltərə iqtisadiyyatı üçün risklər barədə xəbərdarlıq edildi
11:24 19.06.2023 (Yenilənib: 11:25 19.06.2023) İqtisadçıların fikrincə, hazırda uçot dərəcəsinin illik 6%-ə yüksəldilməsi ssenarisi olduqca mümkündür.
BAKI, 19 iyun — Sputnik. İngiltərə Bankının monetar siyasətinin sərtləşdirilməsi, əsas faiz dərəcəsinin illik 6%-ə yüksəldilməsi Böyük Britaniya iqtisadiyyatı üçün mənfi nəticələrə gətirib çıxaracaq.
"Bloomberg" proqnozlara istinadən xəbər verir ki, söhbət krallıqdakı müəssisə və şirkətlərin işçilərinin kütləvi ixtisar riskindən gedir.
İqtisadçıların fikrincə, hazırda uçot dərəcəsinin illik 6%-ə yüksəldilməsi ssenarisi olduqca mümkündür. Bu ssenaridə, Britaniya ev təsərrüfatları ipoteka kreditlərinin artan xərcləri fonunda maliyyə yükünün artması ilə qarşılaşacaq. Büdcələri artıq kredit borclarının ödənilməməsinin sürətlə artması ilə üzləşən kiçik firmalar da qurban ola bilər.
Mayın 27-də "The Independent" qəzeti London İqtisadiyyat Məktəbinin (LSE) analitiklərinin araşdırmasının nəticələrinə istinadən yazıb ki, Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra krallıqda ərzaq qiymətləri bütün zamanların ən yüksək həddinə yaxınlaşıb. Böhran fonunda xərclər orta hesabla 25% artıb. Eyni zamanda bürokratik məhdudiyyətlər nəticəsində dəyən ümumi zərər 6,95 milyard funt sterlinq təşkil edib.