NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft niyə ucuzlaşır?

© AFP 2023 / MLADEN ANTONOVBakıda neft buruğu
Bakıda neft buruğu - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
Keçən həftə Çin Mərkəzi Bankının uçot dərəcəsini aşağı salması və iqtisadiyyata dəstək göstərəcəyi mesajını verəndən sonra qiymətlər 2 faizdən çox bahalaşmışdı.
BAKI, 19 iyun — Sputnik. İnvestorlar Çin iqtisadiyyatının təşviq üzrə detallarını gözləyərkən, bu həftənin ilk günü digər əmtəələr ucuzlaşarkən neft qiymətləri aşağı düşüb.
"Brent" markalı neft 0,82 dollar azalaraq 75,79 dollar, "Light" markalı neft 0,81 dollar ucuzlaşaraq 70,97 dollar təşkil edib.
Keçən həftə Çin Mərkəzi Bankının uçot dərəcəsini aşağı salması və iqtisadiyyata dəstək göstərəcəyi mesajını verəndən sonra qiymətlər 2 faizdən çox bahalaşmışdı.
Neft bolluğu və Çin iqtisadiyyatının bərpasının qeyri-kafi olması bu ilin birinci yarsında neft qiymətlərini aşağı salıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı "OPEC plus" toplantısında neft hasilatını iyul ayında könüllü şəkildə gündəlik 1 milyon barel azaldacağını açıqlayıb. Bu addım Səudiyyə Ərəbistanın bazarı sabitləşdirmək üçün öz bazar payından daha çox güzəştə getməsinə səbəb olub.
Xatırladaq ki, keçən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light") qiyməti 0,82 dollar artaraq 78,58 dollar olub.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycan "OPEC plus"un qərarını dəstəkləyib
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında "Əməkdaşlıq Bəyannaməsi" ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı "OPEC plus" üzrə 40,46 milyon barel, Azərbaycan üçün 551 min barel həcmində müəyyən edilib.
"OPEC plus"un yeni qərarını şərh edən energetika naziri Pərviz Şahbazov bildirib ki, "Əməkdaşlıq Bəyannaməsi" iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır. Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək.
"OPEC plus"un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib.
Xəbər lenti
0