Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda meşədə itkin düşən şəxs tapılıb

© pixabay / pixel2013Meşə, arxiv şəkli
Meşə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
FHN-in "112" qaynar telefon xəttinə bir nəfər vətəndaşın Lənkəran rayonun Xanbulan kəndi istiqamətində meşəlik ərazidə azması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub
BAKI, 19 iyun — Sputnik. Lənkəranda meşədə itkin düşən şəxs tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə bir nəfər vətəndaşın Lənkəran rayonun Xanbulan kəndi istiqamətində meşəlik ərazidə azması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1982-ci il təvəllüdlü Hüseynov Vüsal Akif oğlu bələd olmadığı meşəlik ərazidə yolunu azaraq itib.
FHN-in xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində vətəndaş V.Hüseynov qısa müddətdə tapılaraq xilas edilib.
Xəbər lenti
0