https://sputnik.az/20230619/dn-ve-dsx-birge-emeliyyat-kecirib-randan-getirilen-100-kq-dan-artiq-narkotik-goturulub-456043153.html
DİN və DSX birgə əməliyyat keçirib, İrandan gətirilən 100 kq-dan artıq narkotik götürülüb
DİN və DSX birgə əməliyyat keçirib, İrandan gətirilən 100 kq-dan artıq narkotik götürülüb
Sputnik Azərbaycan
Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 102 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1200 ədəd "metadon... 19.06.2023, Sputnik Azərbaycan
2023-06-19T16:13+0400
2023-06-19T16:13+0400
2023-06-19T16:13+0400
narkotik
cəmiyyət
din
dsx
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_0:191:2965:1858_1920x0_80_0_0_0f3efe810c695e4fcd02bec9ccca26c3.jpg
BAKI, 19 iyun — Sputnik. İyun ayının 18-də saat 02:10-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, keçirilən tədbirlər zamanı Beyləqan rayonunun Xələc kəndi yaxınlığında "Chevrolet" markalı, 77 PX 201 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb. Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 102 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1200 ədəd "metadon M-40" həbi aşkar olunaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin 1977-ci il təvəllüdlü İsmayıllı rayon sakini Hüseynov Qorxmaz Yaqub oğlu və 1995-ci il təvəllüdlü Binəqədi rayon sakini Rzayev Vəli İmdat oğlu olmaları müəyyən edilib. İyun ayının 18-də saat 11:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonunun Sarxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində kolluq ərazidə 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirikləri əməliyyat tədbiri nəticəsində ümumi çəkisi cəmi 102 kiloqramdan artıq narkotik vasitə və 1200 ədəd güclü təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb. APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini 46 yaşlı Qorxmaz Hüseynovdan çəkisi 97 kiloqram 338 qramdan artıq marixuana, 5 kiloqram 10 qram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_116:0:2847:2048_1920x0_80_0_0_ca0ed8b6e4389fabeab366753d389dc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, din, dsx
DİN və DSX birgə əməliyyat keçirib, İrandan gətirilən 100 kq-dan artıq narkotik götürülüb
Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 102 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1200 ədəd "metadon M-40" həbi aşkar olunaraq götürülüb
BAKI, 19 iyun — Sputnik. İyun ayının 18-də saat 02:10-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, keçirilən tədbirlər zamanı Beyləqan rayonunun Xələc kəndi yaxınlığında "Chevrolet" markalı, 77 PX 201 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.
Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 102 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1200 ədəd "metadon M-40" həbi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin 1977-ci il təvəllüdlü İsmayıllı rayon sakini Hüseynov Qorxmaz Yaqub oğlu və 1995-ci il təvəllüdlü Binəqədi rayon sakini Rzayev Vəli İmdat oğlu olmaları müəyyən edilib.
İyun ayının 18-də saat 11:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonunun Sarxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində kolluq ərazidə 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirikləri əməliyyat tədbiri nəticəsində ümumi çəkisi cəmi 102 kiloqramdan artıq narkotik vasitə və 1200 ədəd güclü təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini 46 yaşlı Qorxmaz Hüseynovdan çəkisi 97 kiloqram 338 qramdan artıq marixuana, 5 kiloqram 10 qram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.