DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

CAR prezidenti sülh misiyasının ümidverici olduğunu açıqlayıb

© Sputnik / Mediabanka keçidСənubi Afrika Prezidenti Siril Ramaposa
Сənubi Afrika Prezidenti Siril Ramaposa  - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
Ramaposa qeyd edib ki, təkliflərdə hərbi əməliyyatların dayandırılması, danışıqların təcili başlaması, hərbi əsirlərin azad edilməsi və uşaqların geri qaytarılması, humanitar yardımın artırılması, yenidənqurma səyləri prioritetdir.
BAKI, 19 iyun — Sputnik. Afrika ölkələrinin sülhməramlı missiyası Ukrayna böhranının həlli yolları axtarışında Rusiya Federasiyası və Ukraynaya səfərinin nəticələrini ümidverici hesab edir. Bu barədə Cənubi Afrika Prezidenti Siril Ramaposa məlumat verib.
"Sülh missiyası hər iki tərəfdən müsbət qəbul oldu ki, biz bunu ümidverici hesab edirik və təkliflərin nəzərdən keçiriləcəyinə dair nikbinliyə əsas verir", - o deyib.
"Biz Rusiya Federasiyası və Ukrayna liderlərinə on bəndlik təklif təqdim etdik və fikrimizcə, münaqişənin sona çatması üçün müxtəlif tərəflərin göstərdiyi səylərə töhfə verə bilər", - CAR prezidenti bildirib.
Ramaposa qeyd edib ki, Afrika Sülh Təşəbbüsünün bir hissəsi kimi formalaşdırılan təkliflərdə hərbi əməliyyatların dayandırılması, danışıqların təcili başlaması, hərbi əsirlərin azad edilməsi və uşaqların geri qaytarılması, humanitar yardımın artırılması, yenidənqurma səyləri prioritetdir.
"Biz BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq ölkələrin suverenliyinə hörmət edilməli olduğunu bir daha təsdiqlədik", - deyən Ramaposa, hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini vurğuladıqlarını bildirib.
Xəbər lenti
0