https://sputnik.az/20230619/bilesuvarda-kecmis-polisin-qetli-ile-bagli-cinayet-isi-baslanilib-456028862.html
Biləsuvarda keçmiş polisin qətli ilə bağlı cinayət işi başlanılıb
Biləsuvarda keçmiş polisin qətli ilə bağlı cinayət işi başlanılıb
Sputnik Azərbaycan
İbtidai istintaq davam etdirilir. 19.06.2023, Sputnik Azərbaycan
2023-06-19T09:08+0400
2023-06-19T09:08+0400
2023-06-19T10:22+0400
qətl
cəmiyyət
qətl hadisəsi
cinayət işi
polis
biləsuvar
https://cdnn1.img.sputnik.az/img/42361/91/423619134_293:331:1920:1246_1920x0_80_0_0_4b1fe3ba7cc86ca733d34fefbb00dfdd.jpg
BAKI, 19 iyun - Sputnik. Biləsuvarda keçmiş polisin qətli ilə bağlı cinayət işi başlanılıb.Bu barədə Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.Bildirilib ki, iyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayramov Bayram Oruc oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Həsənov Fəxrəddin Əli oğlunun şəxsi münasibətlər zəminində B.Bayramova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Fakta görə Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.İbtidai istintaq davam etdirilir.Qeyd edək ki, B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42361/91/423619134_213:0:1920:1280_1920x0_80_0_0_eb911d8845a49d20cbf749ea39388b97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qətl, qətl hadisəsi, cinayət işi, polis, biləsuvar
qətl, qətl hadisəsi, cinayət işi, polis, biləsuvar
Biləsuvarda keçmiş polisin qətli ilə bağlı cinayət işi başlanılıb
09:08 19.06.2023 (Yenilənib: 10:22 19.06.2023) İbtidai istintaq davam etdirilir.
BAKI, 19 iyun - Sputnik. Biləsuvarda keçmiş polisin qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyunun 18-i saat 23 radələrində Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən iaşə obyektlərindən birində 1983-cü il təvəllüdlü Bayramov Bayram Oruc oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 1970-ci il təvəllüdlü Həsənov Fəxrəddin Əli oğlunun şəxsi münasibətlər zəminində B.Bayramova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.